BODİBİLDİNQ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Xəzər dənizçilərinin mədəniyyət evində keçirilən bodibildinq üzrə Azərbaycan çempionatı başa çatmışdır.
Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyətəliyev bildirmişdir ki, turnirin məqsədi mayın 4-dən 7-dək Azərbaycanda keçiriləcək bodibildinq, klassik bodibildinq və qarışıq cütlük üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızı müəyyənləşdirmək idi. Təqribən 30 ölkənin pəhləvanlarının iştirakı ilə keçiriləcək yarışlarda Azərbaycan bodibildinqçilərinin yüksək nəticələr göstərəcəyinə əminik.
Çempion adı uğrunda mübarizə aparan 14 idmançı arasında Tahir Fəxrəddinov (80 kq) və Vüqar Verdiyev (80 kq-dan yuxarı) bütün rəqiblərini arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Vüqar Verdiyev rəqibindən bir xal artıq qazanaraq mütləq çempion olmuşdur.
Klassik bodibildinq üzrə yarışlarda isə Fərhad Quliyev ən yüksək nəticə göstərərək turnirin qızıl medalına layiq görülmüşdür.
Xatırladaq ki, bu yarışmada hər iki növ üzrə ilk üç yeri tutmuş idmançı Avropa çempionatında ölkəmizi təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]