BOK İCRAİYYƏ KOMİTƏSİ OLİMPİYA MƏŞƏLİ ESTAFETİNİN KEÇİRİLMƏSİ QAYDALARININ DƏYİŞDİRİLMƏSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin bu həftə Pekində baş tutacaq iclasında Olimpiya məşəli estafetinin keçirilməsi prinsiplərinə yenidən baxılması haqqında məsələ müzakirə olunacaqdır. BOK-un üzvü Kevan Qosper bildirmişdir ki, 2008-ci il Olimpiadası estafetinin gedişində etiraz aksiyaları və toqquşmalar dalğası gələcək Oyunların qaydalarına dəyişikliklər olunması barədə düşünməyə vadar etmişdir. Onun sözlərinə görə, iclasda estafetin yalnız təşkilatçı ölkənin ərazisində keçirilməsi haqqında təklif müzakirə olunacaqdır. Bununla belə, Pekin Olimpiadası estafetinin formatını dəyişdirmək nəzərdə tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]