BOK Tokio Olimpiadasına hazırlaşmaları üçün idmançılara təqaüdün ödənilməsini davam etdirəcək
Bakı, 21 aprel, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) vaxtı 2021-ci ilə keçirilən Tokio Olimpidasına hazırlaşmaları üçün idmançılara təqaüdün ödənilməsini davam etdirəcək. Bu barədə məlumatı BOK-un mətbuat xidməti yayıb.
AZƏRTAC xəbər verir ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 8-dək nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Olimpiada 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.
Məlumatda deyilir: "İdmançılara dəstək davam etdiriləcək. Təsdiq edilib ki, 185 milli olimpiya komitəsindən və qaçqın atletlərdən ibarət Olimpiya komandasından 1600-dən çox idmançı Olimpiya həmrəyliyi proqramları ilə təqaüd alacaq. Həmin ödəmələrin ümumi məbləği 2021-ci ilə qədər təqribən 110 milyon dollar təşkil edəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]