Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bol məhsul, münasib qiymət - “Kənddən Şəhərə” yarmarkasından REPORTAJ

Bakı, 9 mart, AZƏRTAC

Koronavirus pandemiyası səbəbindən fəaliyyətində uzunmüddətli fasilə yaranmış “Kənddən Şəhərə” yarmarkaları bir aydan artıqdır ki, yenidən vətəndaşların xidmətindədir.

AZƏRTAC-ın əməkdaşı ötən həftəsonu yolunu Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 5B ünvanında təşkil olunan yarmarkadan salıb. Həm Novruz bayramı ərəfəsində kənd məhsullarının qiymətləri ilə tanış olub, həm də fermer və alıcılarla söhbət edib.

Yarmarka ərazisinə daxil olan zaman məhsulların bolluğu diqqətimizi çəkdi. Çərəz və quru meyvələr çoxluq təşkil edirdi. Piştaxtaların qarşısında alıcıların çox olması insanların Novruz hazırlığına başlamasından xəbər verir. İlk həmsöhbət olduğumuz fermer Şəhriyar Cəfərov da məhz çərəzlərin satışı ilə məşğuldur. Yetişdirdiyi məhsulları Zaqataladan gətirən fermer qiymətdə alıcılarla da razılaşır. “Satdığım məhsulların hamısını özümüz yetişdiririk. Quru meyvələri qurudub saxlayırıq. Bayramla əlaqədar satışım hər zamankından daha çox olur. Qiymətləri də münasib qoymuşam ki, alıcılar razı qalsınlar. Qozun qiyməti 4-6 manat arasında dəyişir, qoz ləpəsini isə 11-16 manata təklif edirəm. Fındıq 5-7, fındıq ləpəsi isə 12-15 manatdır. Gavalı qurusunu 2.5, alça qurusunu 3, alma qurusunu 3.5, innabı 3.5 manata satıram. Bəzən alıcılar qiymətdə bazarlıq edirlər. Mən də çalışıram onları razı salım, hansı məhsulu istəyirlərsə, təklif etdikləri qiymətə də satıram”, - deyə o bildirib.

Yarmarkadakı qiymətlərə ümumi nəzər salıb digər bir fermerə yaxınlaşırıq. Astara rayonundan gələn gənc fermer Ramin Əlizadə yarmarkaya bal, portağal, limon, naringi kimi məhsullar çıxarıb. Fermer əsas sahəsinin arıçılıq olduğunu, ancaq əlavə məşğuliyyət olaraq sitrus bağı saldığını və yetişdirdiyi məhsulları yarmarkaya gətirdiyini deyir: “Ailəm arıçılıqla məşğul olub deyə məndə uşaqlıqdan bu sahəyə maraq yaranıb. İndi arıçılıqla bərabər, həm də meyvəçiliklə məşğul oluram. Böyük sitrus bağım var. Gördüyünüz məhsullar da öz bağımdandır. Limonların qiyməti 0.3-0.5 manat arasında dəyişir, portağalı 1.8, balı isə 20-25 manata təklif edirəm. Pandemiya səbəbindən insanların bala tələbatı artıb. Ona görə də qiymətləri münasib etməyə çalışıram ki, hamı razı qalsın”.

Yarmarkada olduğumuz vaxt alıcılarla da həmsöhbət oluruq. Əli dolu yarmarkadan çıxan Vaqif Zeynalov qiymətlərdən razılığını bildirir: “Həftəlik alış-verişə gəlmişdik. Ancaq qiymətlərin münasib olduğunu görüb bayram üçün də tədarük gördük. Qiymətlər münasibdir. Məsələn, qoz ləpəsini digər yerlərdə 20-25 manata satırlar, burada isə 15 manata əlasını aldıq. Mövsümü meyvə və tərəvəzlər də burada digər yerlərlə müqayisədə daha münasibdir. Həm də burada elə fermerlər var ki, uzun müddətdir ondan məhsul alırıq. Aramızda qarşılıqlı inam yaranıb”.

Fikrini öyrəndiyimiz digər bir alıcı, Gülçöhrə nənə isə yarmarkaya ağartı məhsulları almaq üçün gəlib. “Uzun müddətdir ki, pendir və qatığı eyni fermerdən alıram. Hər həftəsonu Gədəbəydən bu yarmarkaya gəlir. Sağ olsun ki, məhsullarını qatqısız və təmiz satır. Bir xeyli vaxt yarmarka olmadı, o zaman fermerlər kimi biz də əziyyət çəkdik. Ağartı məhsulları elədir ki, hər adamdan almaq olmur. Həm təmizlik, həm də qiymət baxımından etibar etdiyin adamdan almaq daha yaxşıdır”, - deyə o qeyd edib.

“Kənddən Şəhərə” yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunur. Yarmarkalar hər həftəsonu Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda karantin rejiminin tələblərinə əməl olunmaqla fəaliyyət göstərir. Belə ki, fermerlər əvvəlcədən tibbi müayinədən keçirilir və ziyarətçilərin hərarətləri ölçüldükdən sonra yarmarka ərazisinə buraxılırlar. Həmçinin onlar tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunurlar.

Xatırladaq ki, “Kənddən Şəhərə” yarmarkaları Binəqədi rayonundan başqa aşağıda qeyd olunan daha iki ünvanda da keçirilir:

- Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb