Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgə teatrları peşəkar milli teatrın yaranmasının 150 illiyinə ciddi hazırlaşır

Bakı, 10 fevral, AZƏRTAC

Ölkə başçısının müvafiq Sərəncamı ilə bu il Azərbaycan peşəkar milli teatrı yaranmasının 150 illiyini qeyd edəcək. Yubiley ilində paytaxtda fəaliyyət göstərən teatrlarla yanaşı, bölgələrdəki sənət ocaqları da yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

AZƏRTAC yerlərdəki teatrların 2023-cü il üçün repertuar plan-proqramlarına nəzər salıb.

Bu il 140 yaşını qeyd edəcək Naxçıvan Dövlət Dram Teatrında A.Babayevin “Xilaskar” (quruluşçu rejissor Xalq artisti Kamran Quliyev), M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəşti” (quruluşçu rejissor Həcərxanım Məmmədova) tamaşalarının məşqləri gedir. Tamaşalar may ayında təqdim olunacaq. Həmçinin türkiyəli dramaturq Ü.Görgülünün “Cibimizdəki dəlilik” (quruluşçu rejissor Səməd Canbaxşiyev) tamaşasının da məşqləri aparılır və mart ayında təhvil verilməsi planlaşdırılır. İl ərzində sənət ocağında Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” tamaşalarının da hazırlanması nəzərdə tutulub.

Naxçıvan Dövlət Kukla Teatrında isə B.İsgəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası”, “Sehrli planşet”, C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləri əsasında tamaşalar hazırlanacaq.

Bu il Lənkəran Dövlət Dram Teatrında da repertuar planına uyğun olaraq dörd yeni tamaşa hazırlanacaq. Onlardan birinin məşq prosesi gedir. Teatrın baş rejissoru Anar Babalı yazıçı K.Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən “Yaşayan ölü” pyesinin məşqlərinə başlayıb. Yeni səhnə əsərini mart ayında tamaşaçıların mühakiməsinə vermək nəzərdə tutulub. Cari ildə teatrın səhnəsində həmçinin İ.İmanın “Big in Japan”, V.Şekspirin “Kral Lir”, J.P.Sartrın “Bağlı qapı arxasında” pyesləri, həmçinin plandankənar bir neçə uşaq əsəri tamaşaya qoyulacaq.

Ağdam Dövlət Dram Teatrı da hər yaşdan olan tamaşaçılarını nəzərə almaqla plan tərtib edib. Azərbaycan xalq nağılı əsasında uşaqlar üçün hazırlanacaq “Göyçək Fatma” (rejissor E.Hümbətov) bu qəbildəndir. Türkiyəli dramaturq T.Cücenoğlunun “Matruşka” (rejissor K.Həsənov), Ə.Əmirlinin “Hasarın o üzü” (rejissor S.Əhmədov) və T.Məmmədin “Tor” (rejissor K.Həsənov) əsərləri də teatrın səhnəsinə çıxacaq. Hazırda teatrda plandankənar olaraq iki tamaşanın - K.Yusifoğlunun “Ölüm qatarı” və H.Cavidin “İblisin intiqamı”nın məşqləri gedir və nümunələr may ayına teatrsevərlərə təqdim olunacaq.

Qazax Dövlət Dram Teatrı da bu ili tamaşaçıları üçün fərqli repertuar seçməyə çalışıb. Daha çox vətənpərvərlik mövzulu nümunələrə üstünlük verən sənət ocağında S.Mrojekin “Mühacirlər”, A.Murovdağlının “Türkün alın yazısı” (Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunur), A.İdrisoğlunun “İnan mənə” və İ.Fəhminin “Son reportaj” kimi bədii nümunələri özlərinin yeni səhnə yozumlarını tapacaq.

Gəncə Dövlət Dram Teatrında illik repertuar planı təsdiqlənmə mərhələsindədir.

Gəncə Dövlət Kukla Teatrı da bölgədəki azyaşlılar üçün maraqlı repertuar tərtib etməyə çalışıb. İl ərzində K.Çukovskinin “Milçək vizilçək”, A.Əlizadənin “Bostanda əhvalat”, Ş.Perronun “Qırmızıpapaq” tamaşaları hazırlanacaq. “Bostanda əhvalat” tamaşasının məşqlərinə artıq başlanılıb. Tamaşaya teatrın baş rejissoru Şamil Məmmədli quruluş verir.

Mingəçevir Dövlət Dram Teatrının 2023-cü il repertuar planı da zəngindir. “Göyçək Fatma” nağılı bu teatrda da səhnəyə qoyulur. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə A.Soltanın “Ata” əsərinə quruluş veriləcək. A.Həsənoğlunun “Ceyhunun zaman maşını” və M.F.Axundzadənin “Hacı Qara” əsərləri əsasında eyniadlı tamaşalar da builki plana daxildir.

Plandankənar tamaşalar olaraq Ə.Əmirlinin “Varlı qadın”, İ.Soltanın “Keçəlin kələyi”, türk xalq nağılı əsasında “Üç ayı balası”, Azərbaycan xalq nağılı əsasında “Cırtdan” kukla tamaşası və E.Məhərrəmlinin “Yaddaş, təqvim və kukla” kimi səhnə nümunələri üzərində də ilkin məşqlər gedir. Aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə teatrdaxili monotamaşa (fərdi performans) festivalı da təşkil ediləcək.

Salyan Dövlət Kukla Teatrında isə A.Babayevin “Kəloğlanın sərgüzəştləri”, İ.Coşqunun “Tülkü həccə gedir”, L.Ustinovun “Xilaskar qurbağa” və Ə.Hüseynovun “Xoşbəxtlik quşu” əsərlərinə quruluş veriləcək. Mövzu rəngarəngliyinə çalışan salyanlı kuklaçılar tamaşaçıların say və yaş fərqini daha da artırmaq üçün tədbir-tamaşa təşəbbüslərini də irəli sürür.

Qax Dövlət Kukla Teatrında da paralel məşqlər davam edir. Hazırda O.Abdullayevin “Sehrli torba” (rejissor Rahib Məmmədov) və “Tülkü və quyruq” (rejissor Yusif Abdurahmanov) pyesləri üzərində məşqlər gedir. İl ərzində bu səhnədə artıq dünya klassikasına çevrilmiş A.Lindqrenin “Uzuncorab Pippi” (rejissor Rahib Məmmədov) və yerli müəllif Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı” (rejissor Yusif Abdurahmanov) əsərləri də səhnələşdiriləcək.

Şəki Dövlət Dram Teatrında il ərzində səhnə həlli veriləcək tamaşaların bir neçəsinin məşqinə başlanılıb. Türkiyəli yazar T.Orbayın (tərcümə Dilsuz Mustafayev) “21:15 qatarı” pyesi əsasında eyniadlı tamaşaya rejissor Elvin Nuri quruluş verir. Nümunə Azərbaycan Teatr Xadimləri İttifaqının 3-5 mart tarixlərində keçirəcəyi “Türk tamaşaları festivalı”nda nümayiş olunacaq. Həmçinin braziliyalı müəllif G.Fiqeyredonun “Ezop” pyesinin məşqlərinə (rejissor Mirbala Səlimli) başlanılıb.

M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsərinin yeni quruluşda (rejissor Orxan Həmidli) tamaşası isə Azərbaycan peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunacaq. Həmçinin B.Brextin “Kuraj ana və uşaqları” pyesi də teatrda yeni səhnə həyatını (rejissor Mirbala Səlimli) yaşayacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrının da cari il üçün fəaliyyət planı çoxşaxəlidir. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (rejissor Əliyar Əliyev) və yerli müəllif İ.Şamxalovun “Pərixanım” adlı məişət mövzulu əsəri (rejissor Bağır Əhmədov) səhnəyə qoyulacaq. İ.Əfəndiyevin “Qarabağnamə”si (rejissor Əliyar Əliyev) də mövsümün sonunadək təqdim olunacaq. Qusarlı teatr təmsilçiləri son zamanlar əsərləri bir neçə bölgə teatrında qoyulan X.Əliyevin yaradıcılığına da müraciət edərək onun “Qonşular” (rejissor Bağır Əhmədov) pyesini hazırlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib