BÖLGƏLƏRDƏ İSTEHLAK OLUNMUŞ ELEKTRİK ENERJİSİ HAQQININ ÖDƏNİLMƏSİ FAİZİ ARTIR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mingəçevir regional elektrik təchizatı” MMC aprel ayında istehlak olunmuş elektrik enerjisi haqqının 74 faiz ödənilməsinə nail olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.
Əhali arasında bu göstərici 89 faizə çatmışdır ki, bu da ötən ilin aprel ayına nisbətən 35 faiz çoxdur.
Bölgədə elektrik sayğaclarının quraşdırılması elektrik enerjisi istehlakına müsbət təsir göstərir. Məsələn, ötən ilin aprel ayında RET-də 68 milyon kilovat-saat elektrik enerjisi istehlak olunmuşdusa, cari ilin eyni dövründə bu göstərici 58 milyon kilovat-saat təşkil etmişdir. Bu isə əhalinin elektrik enerjisindən qənaətlə istifadə etməsindən xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]