Boliviyada şiddətli yağışlar 16 nəfərin ölümünə səbəb olub
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən ilin noyabr ayından bəri davam edən yağış və daşqınlar Boliviyada azı 16 nəfərin ölümü ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, Boliviyanın müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontesin sözlərinə görə, təbii fəlakət ölkədə böyük dağıntılar törədib və 36 bələdiyyəyə ciddi ziyan vurub. La-Pas departamentinin qərbində yerləşən Apolo, La-Asunta və Luribay bələdiyyələrində daşqınların nəticələrinin aradan qaldırılması üçün “təbii fəlakət” rejimi elan olunub.
Ölkənin doqquz departamentindən səkkizi hava şəraiti ilə bağlı problemlər barədə məlumat verib. Eyni zamanda, noyabr ayından bəri qeydə alınan şaxta və dolu beş departamentə zərər vurub.
Ölkənin meteorologiya xidməti yağışlı mövsümün aprel aylınadək davam edəcəyini proqnozlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [12:36]
NATO-nun sabiq rəhbəri Alyansın Ankara sammitindən gözləntilərini açıqlayıb
- 03.07.2026 [12:29]
Fransa parlamentində hökumətə qarşı etimadsızlıq təklifinə baxılacaq
- 03.07.2026 [12:25]
Alimlər Cənub qütbünün Şimaldan daha çox donmasının sirrini açırlar
- 03.07.2026 [11:56]
Pakistanda yol qəzasında 40 nəfər həlak olub
- 03.07.2026 [11:53]