Bolqarıstan NATO ölkələri arasında müdafiə xərclərinə görə liderdir
Sofiya, 17 sentyabr, AZƏRTAC
Bolqarıstanın “Dnevnik” nəşrinin məlumatına əsasən, ölkə səkkiz ədəd “F-16 Block 70” qırıcı təyyarələrini 1 milyard 256 milyon dollara almaqla NATO ölkələri arasında müdafiə xərclərinə görə lider dövlətə çevrilir.
AZƏRTAC xəbər verir ki, hazırda ölkənin müdafiə xərcləri ildə ÜDM-in 2,6 faizi təşkil edir. NATO-nun tövsiyələrinə görə, alyansa üzv ölkələr ildə ən azı ÜDM-in 2 faizini müdafiə xərclərinə yönəltməlidirlər. Bu xərclərin 20 faizi isə yeni silahlar və cihazların alınmasına sərf olunmalıdır. NATO-ya üzv ölkələr arasında yalnız ABŞ Bolqarıstanı bu göstəriciyə görə üstələyir. Belə ki, ABŞ ÜDM-in 3,42 faizini bu istiqamətə yönəldib.
Qeyd edək ki, Bolqarıstan keçən il müdafiə xərclərinə yalnız ÜDM-in 1,53 faizini yönəldib və silahlanmanın modernizasiyasını etməyib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]