Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə minatəmizləmə əməliyyatı keçirəcək
Sofiya, 20 oktyabr, AZƏRTAC
Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində minalardan təmizlənməsi üzrə iş gözlənilmir.
Qeyd edək ki, sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Qara dəniz və Dunay deltasında keçirilən təlimlərdə Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]