Bolqarıstanda koronavirusa yoluxanların sayı gün ərzində 60 nəfərə çatıb
Sofiya, 24 avqust, AZƏRTAC
Bolqarıstanda sutka ərzində 60 koronavirusa yeni yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 15287 nəfərə çatıb. 10388 nəfər sağalıb, 545 nəfər ölüb. Xəstəxanalarda 745 nəfər yerləşir, onlardan 74 nəfər reanimasiya şöbəsindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]