Bolqarıstanda siyasi böhran dərinləşir
Sofiya, 15 oktyabr, AZƏRTAC
Bolqarıstan parlamentinin növbəti iclasında iştirak edən deputatların sayı kvorum üçün yetərli olmayıb. İclasda cəmi 60 deputat qeydə alındığı üçün plenar toplantı baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, spiker Natalia Kiselova iclası təxirə salaraq onun oktyabrın 16-da keçiriləcəyini bildirib.
İclas zalında vəziyyət gərginləşib, deputatlar hökumətin istefasını tələb ediblər. Müxalifət fraksiyaları koalisiya tərəfdaşlarını siyasi böhrana səbəb olmaqda ittiham ediblər.
“Avropaya İnkişaf” hərəkatının lideri Boyko Borisov parlament rəhbərliyi ilə görüşdə bildirib ki, hazırkı koalisiya şəraitində əməkdaşlığın davam etdirilməsi mənasızdır. O, Baş nazir Rosen Jelyazkova hökumət və parlament rəhbərliyində dəyişikliklər üçün hazırlıq görülməsi barədə tapşırıq verib.
Qeyd edək ki, yaranmış vəziyyət ölkədə siyasi sabitliyə ciddi təsir göstərə və yeni hökumət böhranına yol aça bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]