Bolqarıstandakı turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Aerobika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv kuboku” beynəlxalq turnirində iştirak edəcəklər.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycanı Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Məryəm Topçubaşova, Sənəm Kazımova, Aylin Əliyeva və Dilarə Qurbanova təmsil edəcək.
Bu yarışın ardınca böyüklərdən ibarət milli komandanın üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva Rumıniyanın paytaxtı Buxarestə gedərək, Dünya Kubokunda (13-15 oktyabr) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, bu gün start götürən “Plovdiv kuboku” oktyabrın 8-də yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]