Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanın Ruse şəhərində Qara Qarayevin 100 illik yubileyi qeyd olunub VİDEO

Sofiya, 3 aprel, AZƏRTAC

Bolqarıstanın Ruse şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi keçirilib.

Qara Qarayevin 100 illik yubileyi tədbirləri çərçivəsində keçirilən gecədə Ruse Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhərin digər dövlət və özəl qurumlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri, yerli incəsənət xadimləri, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Ruse şəhərinin merinin humanitar fəaliyyət üzrə müavini İvan Qriqorov, Ruse İncəsənət Qalereyasının direktoru Yelena Velikova iştirak ediblər.

Əvvəlcə Ruse şəhərinin meri Plamen Stoilovun təbrik məktubu oxunub. Məktubda Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərginin təşkilinə görə təşəkkür ifadə edilir, sərginin mədəni dəyərlərin və ənənələrin qorunmasına töhfə verən bu görkəmli bəstəkarı yad etmək üçün mükəmməl təşəbbüs olduğu bildirilir.

Gecənin açılışında çıxış edən Nərgiz Qurbanova cari ildə Azərbaycanda bir sıra yubileylərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd edildiyini, onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu nəzərə çatdırıb. Cümhuriyyətin yaranması və fəaliyyəti barədə qonaqlara məlumat verən diplomat 100 il bundan öncə qadınlara səsvermə hüququ verən AXC-nin müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk respublika olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını qeyd edib. O, cari ilin, həmçinin Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğu, müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun” operasının əsasının Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən qoyulduğu, yeni özünəməxsus janr - muğam-opera janrında olan bu əsərin Şərq və Avropa musiqisini özündə ehtiva etdiyi barədə qonaqlara məlumat verib. N.Qurbanova ölkəmizin yalnız ilk operanın deyil, eyni zamanda, müsəlman dünyasında ilk operetta və baletin beşiyi olduğunu vurğulayıb. Azərbaycan musiqisinin və musiqiçilərinin dünya musiqisini özünəməxsus nümunələrlə zənginləşdirdiyini qeyd edən səfir cari ildə 100 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin belə musiqiçilərdən olduğunu diqqətə çatdırıb. O deyib ki, həyatı boyunca opera, balet, simfonik və orkestr musiqisi, kantata, uşaqlar və filmlər üçün musiqilər də daxil olmaqla, 110 musiqi əsəri yaradan Qara Qarayev yüksək fərdi üsluba malik bəstəkar olub. Qara Qarayev Azərbaycan musiqisinin harmoniya və melodik xüsusiyyətləri ilə zəngin olan əsərlərin müəllifidir. Onun yaradıcılığında həm Qərbin, həm də Şərqin vəhdətdə olduğunu vurğulayan səfir dahi bəstəkarın əsərlərinin bu fikri təsdiqlədiyini qeyd edib. O vurğulayıb ki, Qara Qarayevin əsərləri məhəbbət və mübarizə, xoşbəxtlik və kədər, komediya və faciə, xəyal və gerçəkliyi tərənnüm edərək insan duyğularının geniş spektrinə toxunur. Diplomat dahi bəstəkarın 1961-ci ilin iyun ayında Sovet İttifaqı tərəfindən Birinci Beynəlxalq Los-Anceles Musiqi Festivalına göndərilən iki bəstəkardan biri olduğunu, onun “İldırımlı yollarla” baletinin festival çərçivəsində ifa olunduğunu diqqətə çatdırıb. N.Qurbanova, həmçinin görkəmli bəstəkarın “Azərbaycan musiqisi mənim doğma dilimdir. Bəstəkar olaraq mən Azərbaycan xalq musiqisi ilə böyümüşəm və onun təsirindən azad olmaq fikrində deyiləm” fikirlərini xatırladıb.

Çıxış edən Alla Bayramova Qara Qarayevin zəngin yaradıcılığı barədə sərgi iştirakçılarına ətraflı məlumat verib, onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Vətən” operası, “Leyli və Məcnun” simfonik poeması və digər əsərlərinin təkcə Azərbaycan musiqisini deyil, həmçinin dünya musiqisini zənginləşdirdiyini vurğulayıb. Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında il ərzində dahi bəstəkarın 100 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilib. Sərgidə bəstəkarın həyat və yaradıcılığından bəhs edən materialların nümayiş olunduğunu bildirən A.Bayramova bu materialların əsasən bəstəkarın ailə üzvləri, xüsusilə onun oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən Muzeyə təqdim olunduğunu söyləyib. Direktor bu sərginin bolqar musiqisevərlərə Qara Qarayevi yaxından tanımağa, onun vasitəsilə Azərbaycan musiqi mədəniyyətini öyrənməyə və beləliklə, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafını təşviq etməyə imkan yaradacağına inamını ifadə edib.

İvan Qriqorov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, Alla Bayramovanın sərgidə iştirak etmək üçün Bolqarıstana səfərini yüksək qiymətləndirib və bu cür səfərlərin mədəni sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Sərgi çərçivəsində, həmçinin bəstəkar barədə sənədli film nümayiş etdirilib və onun əsərlərindən bəziləri səsləndirilib. Tədbir Bolqarıstan mətbuatında işıqlandırılıb.

Qeyd edək ki, “Mart musiqi günləri” beynəlxalq festivalı Bolqarıstanın ən qədim və nüfuzlu festivallarından hesab olunur. 1961-ci ildə əsası qoyulan və Ruse Bələdiyyəsi tərəfindən təşkil olunan festival şəhəri əsl musiqi paytaxtına, Avropanın və dünyanın yüksək səviyyəli musiqiçilərinin görüş yerinə çevirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanın Ruse şəhərində Qara Qarayevin 100 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb