Boris Conson Britaniyada pandemiyanın əvvəlində buraxılan səhvləri etiraf edib
Bakı, 25 iyul, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson Birləşmiş Krallıqda koronavirus infeksiyasının yayılmağa başladığı vaxt hökumətin səhvə yol verdiyi fikri ilə razılaşıb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bu sözləri BBC telekanalının efirində deyib. “Biz ilk bir neçə həftə və ay ərzində koronavirusla bağlı problemin ciddiliyini lazımi qədər anlamadıq”, - deyə Boris Conson telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti pandemiyanın ilkin mərhələsində virusun insandan insana simptomsuz yayılma miqyasını düzgün qiymətləndirməyib. Baş Nazir, həmçinin baş verənlərdən nəticə çıxarılmalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, Birləşmiş Krallıqda indiyədək 297 min 914 nəfər koronavirusa yoluxub, onlardan 45 min 677 nəfəri həyatını itirib.
Koronavirus pandemiyası Avropaya çatanda Böyük Britaniya uzun müddət karantin və infeksiyanın yayılmasının qarşısının alınmasına yönələn digər məhdudiyyət tədbirləri tətbiq etməyən azsaylı dövlətlərdən biri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]