“Borussiya”nın futbolçusu İngiltərə klubu ilə şəxsi razılıq əldə edib
Bakı, 6 yanvar, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Donyel Malen Bundesliqa klubunu tərk etməyə hazırlaşır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə “Aston Villa”sı ilə şəxsi razılıq əldə edib. Hər iki klub danışıqları müsbət sonlandırsa, niderlandlı oyunçu qış transfer dövründə Premyer Liqaya üz tutacaq.
Almaniya nəhənginin heyətində sonradan meydana daxil olan futbolçu yanvarda keçidin həll olunmasını istəyir.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm “Borussiya”nın heyətində 20 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]