Bosniya və Herseqovina ilə Vatikanın ikitərəfli münasibətləri müzakirə olunub
Vatikan, 21 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bosniya və Herseqovinada dövlət-kilsə münasibətləri, Müqəddəs Taxt-Tacla ikitərəfli əlaqələr nəzərdən keçirilib.
Papa Fransisk bildirib ki, sülh və sabitliyin əsası bütün xalqların hüquqi-sosial bərabərliyi və siyasi aktorların dialoqudur.
Görüşdə Bosniya və Herseqovinanın Avropa İttifaqı yolunda irəliləməsi və ölkədaxili vəziyyətlə yanaşı, Ukrayna və müqəddəs torpaqlardakı münaqişələrin nəticələri, Aİ-nin Qərbi Balkan ölkələrində genişlənmə planlarına dair fikir mübadiləsi aparılıb.
Denis Beçiroviç, həmçinin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə görüşlər keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]