Bosniya və Herseqovinada zəlzələ baş verib
Sarayevo, 22 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovinada 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serb Respublikasının Hidrometeorologiya İnstitutunun Seysmoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanın episentri Tesliç bələdiyyəsindən 18 kilometr aralıdakı Donyi Oçauşda olub. Zəlzələnin köhnə və az tikilmiş binalara cüzi ziyan vurduğu bildirilib. Yeraltı təkan episentral zonada güclü hiss edilib.
İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı olmayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]