Bosniya xəbər agentliyinin saytında 28 May – Respublika Günü haqqında məqalə dərc edilib
Bakı, 28 may, AZƏRTAC
Bosniyanın FENA informasiya agentliyinin saytında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 103-cü ildönümünə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanın şanlı müstəqillik yolu, Şərqdə ilk dünyəvi respublika olmuş AXC-nin yaradılması barədə söhbət açılır. Qeyd edilir ki, AXC cəmi 23 ay mövcud olub, lakin onun bu qısa tarixi 70 ildən sonra Azərbaycan xalqını öz itirilmiş müstəqilliyini bərpa etməyə ruhlandırıb. Bu, hazırda Cənubi Qafqazda güclü və inkişaf etmiş Azərbaycan Respublikasının mövcudluğunda ifadə edilib.
Məqalədə AXC illərində qazanılmış əsas nailiyyətlər və onların dünya arenasında tanınması vurğulanır.