Böyük Britaniya rəqəmsal sürücülük vəsiqələrini tətbiq etməyə hazırlaşır
London, 20 yanvar, AZƏRTAC
Böyük Britaniya hökuməti rəqəmsal sürücülük vəsiqələrini yeni bir smartfon tətbiqi vasitəsilə təqdim etməyi planlaşdırır.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu vəsiqələr spirtli içkilərin alınması, seçkilərdə səsvermə və ya daxili uçuş reyslərinə minmə kimi hallarda şəxsiyyəti təsdiq edən sənəd kimi də istifadə oluna biləcək. Qeyd olunub ki, fiziki sürücülük vəsiqələri yenə də veriləcək, ancaq sürücülər könüllü olaraq rəqəmsaq vəsiqələri seçə biləcəklər.
Hökumət sözçüsü bildirib ki, texnologiyadan istifadə etməklə insanların həyatını asanlaşdırmağa və ictimai xidmətləri transformasiya etməyə sadiqdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]