Böyük Britaniyadakı çimərliyə təxminən bir ton kokain atılıb
Bakı, 26 may, AZƏRTAC
Böyük Britaniyadakı çimərliklərin birində dəyəri 80 milyon funt-sterlinq (113,3 milyon dollar) həcmində qiymətləndirilən 1 tona yaxın kokain aşkarlanıb.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Şərqi Sasseks qraflığı sahillərinə atılan kokaini tapan yerli sakinlər bu barədə yerli polisi məlumatlandırıb.
Böyük Britaniyanın Cinayətkarlığa Qarşı Mübarizə üzrə Milli Agentliyi hadisə ilə bağlı təhqiqatın başlandığını deyib. Qurumun rəsmi saytında yerləşdirilən məlumata əsasən, narkotik maddənin doldurulduğu sukeçirməyən paketlər xilasedici jiletlərə yerləşdirilib. Aşkarlanan 960 kiloqramlıq kokainin qara bazardakı qiyməti təxminən 80 milyon funt-sterlinq (113,3 milyon dollar) təşkil edir.
Kokainin Böyük Britaniyaya Cənubi Amerikadan gətirildiyi ehtimal olunur. Beynəlxalq tərəfdaşların da təhqiqatda iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]