Böyük Britaniyanın “Avropa Times” qəzetində20 Yanvar faciəsi haqqında məqalə dərc olunmuşdur
London, 20 yanvar (AZƏRTAC). Böyük Britaniyanın gündəlik “Avropa Times” qəzetində Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı “Azərbaycan Qara Yanvar faciəsini xatırlayır” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Bakıda aralarında uşaqların, qadınların və qocaların olduğu dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi sovet imperiyasının son çırpıntıları və vəhşilik aktı kimi göstərilmişdir. Qeyd edilmişdir ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara qarşı törədilən bu qətliam zamanı 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır. Həmin tarixdən etibarən bu hadisə Qara Yanvar kimi bütün dünyada matəm günü olaraq qeyd edilir.
Məqalədə vurğulanmışdır ki, bu hadisə həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi olmuş və ölkəmiz 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmişdir.
Müəllif 20 Yanvar faciəsinin Böyük Britaniyadakı Azərbaycan icması tərəfindən hər il matəm günü kimi qeyd edildiyini bildirmiş, Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun qətliamın qurbanlarının anım mərasimində səsləndirdiyi fikirlərə yer verilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]