Böyük çempion yokozuna Hakuho koronavirusa yoluxub
Tokio, 5 yanvar, AZƏRTAC
Yaponiyada məşhur sumo ustası, böyük çempion yokozuna Hakuho koronavirus testinə müsbət reaksiya verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Sumo Assosiasiyası məlumat yayıb. Bildirilir ki, Hakuho həftənin bazar ertəsi iybilmə qabiliyyətində problem hiss edib və yoxlamadan keçib.
Yanvarın 5-də, sumo üzrə Yeni il turnirinin başlamasına beş gün qalmış onun koronavirusa yoluxduğu öz təsdiqini tapıb. Hazırda yokozuna ilə birlikdə təlimlərə qatılmış bütün idmançıların test verəcəyi bildirilir. Bundan sonra həmin idmançılar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq hərəkət edəcəklər.
Xatırladaq ki, Monqolustan mənşəli Hakuho sonuncu dəfə ötən ilin martında rekord sayda - 44-cü turnirdə qalib gəlib. Dizində olan problemlə əlaqədar əməliyyat keçirən Hakuho son üç turnirə qatıla bilməyib.
Noyabrda Yokozunalar Şurası Hakuhoya turnirlərə qatılmadığına görə xəbərdarlıq edib. Bu, həmin idmançıya təqaüdə çıxması ilə əlaqədar edilən ikinci ciddi xəbərdarlıqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]