BÖYÜK ŞAİRİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak etmişlər.
Akademik Bəkir Nəbiyev çıxış edərək, ümumxalq məhəbbəti qazanmış dahi şairin, az yaşamasına baxmayaraq, böyük bir irs qoyub getdiyini vurğulamışdır. Ölümündən 50 il keçsə də, şairə məhəbbət getdikcə daha da artır, xalq onun xatirəsini əziz tutur, bunun səbəbi isə Səməd Vurğunun nadir istedad sahibi olmasıdır.
Yazıçılar Birliyi poeziya bölməsinin sədri Çingiz Əloğlu, Bakı Dövlət Universiteti filologiya fakültəsinin dekanı Qara Namazov, iqtisadçı alim Mahmud Əhməd, şairə Zərəngiz Dəmirçi və başqaları çıxış etmiş, aktrisa İlahə Rəşidova Ramiz Heydərin “Vurğunun yanına tələsir Xavər” şeirini, şagirdlər isə Səməd Vurğunun əsərlərindən parçalar söyləmişlər.
Şairin ev-muzeyinin direktoru, S.Vurğun Fondunun sədri Aybəniz Vəkilova atasının xatirəsinə göstərilən ehtirama görə ailəsi adından mərasimin iştirakçılarına minnətdarlıq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]