Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ PULSUZ MİNİK AVTOMOBİLLƏRİ VERİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup Böyük Vətən müharibəsi əlilinə “OKA” markalı minik avtomobillərinin verilməsi ilə bağlı mərasim keçirilmişdir.

Nazir Əli Nağıyev veteranları təbrik edərək, Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilməsinin təşəbbüsçüsünün məhz ümummilli liderimiz Heydər Əliyev olduğunu xatırlatmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu ənənəyə sadiq qaldığını bildirərək, bu il 40 nəfər Böyük Vətən müharibəsi əlilinə minik avtomobillərinin verilməsini onlara diqqət və qayğının davam etməsinin bariz nümunəsi kimi səciyyələndirmişdir.

Ə.Nağıyev demişdir ki, əlillərin nəqliyyat vasitələrinə olan ehtiyaclarını ödəmək məqsədi ilə nazirlik tərəfindən 1997-ci ildən bəri 1220-dək “OKA” avtomobili alınmış, onların 137 ədədi Böyük Vətən müharibəsi əlillərinə ayrılmışdır. Builki avtomobillərin 33-ü Bakıdan, 7-si isə Naxçıvan MR-dən olan Böyük Vətən müharibəsi əlillərinə verilmişdir.

Mərasimdə çıxış edən veteranlar bu sevinci, fərəhi onlara bəxş edənlərə, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi siyasəti müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.

Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə deyilir:

- “Möhtərəm İlham Heydər oğlu!

Tarix boyu xalqımızın qarşısında duran vəzifə milli təfəkkürə əsaslanan müstəqil Azərbaycan dövləti qurmaqdan ibarət olub. Belə bir dövlətin qurulması isə yalnız zəngin təcrübə ilə milli şüurun üzvi surətdə birləşməsi, dövlətçilik məfkurəsinin daşıyıcısı olan liderin hakimiyyətə gəlməsi sayəsində mümkün idi. Xalqımız haqlı olaraq, müasir dövlət quruculuğumuzun başlanğıcını ümummilli liderimiz Heydər Əlirza oğlunun hakimiyyətə gəldiyi andan qeyd edir.

Xalqımızı tarixin amansız dönəmlərindən uğurla keçirib yaşadan, inkişafa istiqamətləndirən bu böyük şəxsiyyətin strateji inkişaf konsepsiyası sayəsində müstəqil Azərbaycan qloballaşan dünyada öz layiqli yerini tutaraq, möhkəmlənməkdə və getdikcə regionun böyük perspektivləri olan dövlətinə çevrilməkdədir. Məhz Heydər Əlirza oğlunun yürütdüyü məqsədyönlü siyasət nəticəsində cəmiyyətin bütün sahələrinin inkişafına nail olmaq üçün demokratik islahatlar aparıldı, ölkədə dünyəvi vətəndaş cəmiyyətinin formalaşmasına geniş imkanlar yaradıldı.

Dahi rəhbərimizin qurub-yaratdığı, hər cür daxili və xarici təhlükələrdən qoruyub saxladığı və inkişaf etdirdiyi dövlətimizin böyük diplomatiya və beynəlxalq münasibətlər məktəbi keçmiş və artıq özünü siyasi lider kimi təsdiq etmiş, xalqına və Vətəninə son dərəcə sədaqətli şəxsiyyət tərəfindən idarə edilməsi gələcək uğurlarımıza, yeni nailiyyətlərimizə ən böyük zəmanətdir.

Cənab Prezident!

Ötən əsrin ən ağır və dəhşətli müharibələrindən olan Böyük Vətən müharibəsinin iştirakçıları, sözün əsil mənasında, qəhrəmanlıq salnaməsi yaratmaqla yer üzündə sülh və ədalət naminə vuruşub qələbə qazandılar. Bu qələbə faşizmin kökünü kəsməklə planetimizin xalqlarını bəşəriyyətin qəddar düşmənindən xilas etdi. Digər tərəfdən, bu müharibə inandırıcı şəkildə sübut etdi ki, ədalətsiz və işğalçılıq müharibələri məğlubiyyətə məhkumdur.

Təəssüflər olsun ki, milyonlarla insanın qanı ilə yazılmış tarixi yenidən yazmağa, böyük qələbənin əhəmiyyətini şüurlardan çıxarmağa çalışanlar da oldu. Məhz ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqın qəhrəmanlığını gözdən salmaq cəhdlərinə son qoyuldu, Azərbaycan əsgərlərinin göstərdiyi rəşadətə xalqımızın milli-mənəvi sərvəti kimi qiymət verildi, bu insanlar ”Azərbaycan xalqının qızıl fondu” adlandırıldı.

Zati-aliləri!

Bu gün Azərbaycanın müharibə və silahlı qüvvələr veteranları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Sağlamlığımızın qorunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şağanda geniş imkanlara malik müalicə pansionatının bizim istifadəmizə verilməsi, müntəzəm olaraq tibbi reabilitasiya vasitələri, hər il olduğu kimi, bu il də pulsuz minik avtomobilləri ilə təmin edilməyimiz məhz Heydər Əlirza oğlunun təməlini qoyduğu qayğının bariz nümunəsidir.

Sizin sərəncamınızla Böyük Vətən müharibəsində qələbəmizin 60-cı ildönümü ilə əlaqədar görülən tədbirlər isə bu müharibənin ağrısını-acısını yaşamış, fiziki sağlamlıqlarını itirmiş, həmin qanlı-qadalı illərin nişanələrini özü ilə gəzdirən ağsaqqallara hörmət və ehtiramın əyani sübutudur.

Cənab Prezident!

Bu gün xalqımızın qarşısında ərazilərimizin erməni təcavüzündən xilas edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi kimi məsul vəzifə durur. Əmin ola bilərsiniz ki, gəncliyini və bütün ömrünü Vətəninin, xalqının azadlığına və firavanlığına həsr etmiş, həyatı və döyüş yolu hər kəs üçün örnək ola biləcək bu insanlar, “Azərbaycan xalqının qızıl fondu” adına layiq olaraq, respublikanın ictimai-siyasi həyatında, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində bundan sonra da əzmlə iştirak edəcəklər.

Tanrı Sizi qorusun!

Böyük Vətən müharibəsi əlilləri:

Bəhlul Abbasov

Fikrət Fikrətli

İsfəndiyar Paşayev

Məhəmmədəli İsmayılov

və başqaları, cəmi 33 imza.”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO