Azərbaycan Dövlət İnformasiya Agentliyi

BP: Növbəti 30 ildə neft tələbatı azalacaq

BP: Növbəti 30 ildə neft tələbatı azalacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Bütün ssenarilərdə neftə tələbat növbəti 30 il ərzində azalacaq.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “BP Energy Outlook 2020” (Enerji Proqnozu) adlı yeni hesabatda 2050-ci ilə qədər qlobal enerji sektorunda baş verə biləcək dəyişikliklər araşdırılır:

• Dünya karbon emissiyalarının azaldılması istiqamətində irəlilədikcə qlobal enerji sistemi əsaslı şəkildə yenidən qurulur, müştərilərin ehtiyacları əsasında daha da şaxələnir və yanacaq növləri arasında rəqabətin artmasına səbəb olur.

• Enerji istehlakında yanar faydalı qazıntılardan istifadə tədricən azalır və dünyanın elektrikləşdirilməsi davam etdikcə, bərpa olunan enerji mənbələri də sürətlə artır.

• Enerji mənbələrindən istifadə nəticəsində formalaşan emissiyaların davamlı şəkildə azaldılmasını təmin etmək üçün karbon qiymətlərinin əhəmiyyətli dərəcədə artırılması kimi qəti siyasi tədbirlərin görülməsinə ehtiyac yaranır.

BP-nin Enerji Proqnozunun 2020-ci il buraxılışında qlobal miqyasda müasir enerji təchizatı metodlarına keçid üçün mümkün yollar, növbəti 30 il ərzində qlobal enerji bazarlarının necə inkişaf edə biləcəyi və onların formalaşdıra biləcək əsas qeyri-müəyyənlik amilləri araşdırılır. 2050-ci ilədək perspektivdə, yəni əvvəlki buraxılışlar ilə müqayisədə 10 il daha çox müddəti əhatə etməklə proqnozda diqqət 3 əsas ssenariyə yönəldilir.

Nəzərdən keçirilən əsas ssenarilərdə qlobal miqyasda enerji tələbatı 2050-ci ilədək davam edən dövrün ən azı müəyyən hissəsi ərzində artmağa davam edəcək. Bununla belə, həmin müddətdə enerji tələbatının strukturu əsaslı şəkildə dəyişəcək. Yanar faydalı qazıntıların rolunun azalması bərpaolunan enerji mənbələrinin payının və elektrik enerjisinin əhəmiyyətinin artması ilə kompensasiya olunur.

BP-nin baş icraçı direktoru Bernard Luni deyib: “Dəyişən enerji mənzərəsinin daha yaxşı başa düşüməsində BP-nin Enerji Proqnozu əvəzsizdir və yeni strategiyamızın işlənib hazırlanmasında mühüm rol oynayıb. Bu il proqnoz əvvəl nəzərdə tutulduğundan 10 il sonraya, yəni, xalis sıfır hədəfimizə çatmaq niyyətində olduğumuz 2050-ci ilədək hesablanıb.

Pandemiya qlobal miqyasda karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltsa da, dünya davamlı olmayan yol ilə hərəkət etməkdə qalır. Bununla belə, proqnozdakı təhlil onu göstərir ki, qətiyyətli siyasət tədbirlərinin görülməsi və şirkətlərin və istehlakçıların karbon emissiyalarının azaldılması üçün daha çox seçimlər etməsi ilə müasir enerji təchizatı metodlarına keçidi təmin etmək hələ mümkündür. Bu, gələcəyə nikbin baxmağımın səbəblərindən birdir və ümidvaram ki, hesabat oxucularımız üçün faydalı olacaq, çünki hamımız vəziyyəti yaxşılığa doğru dəyişdirməyə çalışırıq”.

Üç ssenari

2020-ci ilin proqnozunda 3 əsas ssenaridən istifadə edilərək 2050-ci ilədək müasir enerji təchizatı metodlarına keçid imkanları tədqiq edilir. Bunlar proqnoz deyil, amma siyasət və ictimaiyyətin üstünlük verdiyi məsələlər barədə alternativ fərziyyələrə əsaslanaraq növbəti 30 il ərzində mümkün nəticələri araşdırmağa kömək etmək məqsədi daşıyır.

• Sürət (Rapid) dedikdə, karbon tullantılarının qiymətlərində əhəmiyyətli artımından irəli gələn siyasi tədbirlərin görülməsi nəzərdə tutulur. Bu, enerjidən istifadə nəticəsində formalaşan karbon emissiyalarının 2018-ci ilin səviyyələri ilə müqayisədə 2050-ci ilədək təxminən 70 faiz azalmasını təmin edəcək. Sürət ssenarisi 2100-cü ilədək qlobal temperatur artımının sənaye inqilabından əvvəlki səviyyələrdən 2°C aşağı həddə məhdudlaşdırılmasına uyğun ssenarilər ilə tam üst-üstə düşür.

• Xalis sıfır (Net zero) dedikdə, sürət ssenarisi üzrə siyasi tədbirlərin istehlakçının davranışında və dairəvi və müştərək iqtisadi nümunələrin daha geniş şəkildə tətbiq edilməsi və az karbonlu enerji mənbələrinə keçid kimi ictimaiyyətin üstünlük verdiyi məsələlərdə əhəmiyyətli dəyişikliklər ilə gücləndirilməsi nəzərdə tutulur. Bununla 2050-ci ilədək karbon emissiyaları 95 faizdən çox azalacaq. Xalis sıfır ssenarisi temperatur artımının 1,5°C ilə məhdudlaşdırılmasına uyğun silsilə ssenarilər ilə tam üst-üstə düşür.

• Adi işgüzar fəaliyyət (Business-as-usual (BAU) dedikdə, hökumətin siyasətlərinin, texnologiyaların və ictimaiyyətin üstünlük verdiyi məsələlərin son dövrlərdə müşahidə olunan qayda və sürətlə inkişafa davam etməsi nəzərdə tutulur. BAU ssenarisində enerjinin istifadəsi nəticəsində formalaşan karbon tullantıları 2020-ci ilin ortalarında maksimum həddə çatır, lakin 2050-ci ildə emissiyalar 2018-ci ilin səviyyələri ilə müqayisədə 10 faizdən az aşağı olmaqla, tullantıların həcmində əhəmiyyətli azalma olmur.

Sürət və xalis sıfır ssenarilərinin hər ikisində karbon qiymətlərində əhəmiyyətli artım nəzərdə tutulur. Bunlar 2050-ci ilədək inkişaf etmiş ölkələrdə 250 dollar/ton CO2, keçid iqtisadiyyatına malik olan ölkələrdə isə 175 dollar/ton CO2-yə çatır. BAU ssenarisində bu daha aşağıdır. İnkişaf etmiş və keçid iqtisadiyyatına malik olan ölkələrdə karbon qiymətləri 2050-ci ilədək orta hesabla müvafiq olaraq yalnız 65 dollar və 35 dollar/ton CO2-ya çatır.

BP-nin baş iqtisadçısı Spenser Deyl bildirib: “Enerji Proqnozunun vəzifəsi enerji sisteminin zaman keçdikcə necə dəyişə biləcəyini qabaqcadan müəyyənləşdirmək və ya proqnozlaşdırmaq deyil. Biz gələcəyi proqnozlaşdıra bilmərik, bu ilin proqnozunda müzakirə edilən bütün ssenarilər yanlış olacaq. Daha doğrusu, proqnozda bu müxtəlif ssenarilər enerji sistemi az karbonlu bir dünyaya keçdikcə üzləşdiyimiz bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə kömək üçün istifadə edilir. Bu qeyri-müəyyənliyi daha yaxşı başa düşməyimiz üzləşə biləcəyimiz müxtəlif nəticələrə qarşı möhkəm və dayanıqlı strategiyanın hazırlanması üçün mühüm töhfədir”.

Proqnozun əsas mövzuları

Artan enerji tələbatı: hər üç ssenaridə keçid iqtisadiyyata malik ölkələrdə rifah və yaşayış standartlarının yaxşılaşması nəticəsində qlobal enerji tələbatı artır. Enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər sürətləndikcə, sürət və xalis sıfır ssenarilərində proqnozun ikinci yarısında əsas enerji tələbatı sabit dayanır. BAU ssenarisində tələbat proqnozboyu artmağa davam edir və 2050-ci ilədək təxminən 25 faiz yüksəlir.

Əsaslı şəkildə yenidən təşkil edilmiş qlobal enerji sistemləri: hər üç ssenaridə qlobal enerji sistemində karbohidrogenlərin payı azaldıqca və dünya ölkələrinin elektrik enerjisindən istifadəsi artdıqca, bərpa oluna bilən enerji mənbələrində müvafiq artım müşahidə edildiyindən az karbonlu enerji sisteminə keçid daha müxtəlif enerji balansı ilə nəticələnir. Dəyişikliyin miqyası ssenarilərboyu əhəmiyyətli dərəcədə fərqlənir. Başlıca enerji resurslarında karbohidrogenlərin payı 2018-ci ildə təxminən 85 faizdən 2050-ci ilədək 65-20 faizədək düşür və bərpaolunan enerji mənbələri 20-60 faizə çatır.

Neftə tələbatın azalması: bütün ssenarilərdə neftə tələbatın növbəti 30 il ərzində azalacağı nəzərdə tutulur: BAU ssenarisində 2050-ci ilədək 10 faiz azalma, sürət ssenarisində təqribən 55 faiz azalma, xalis sıfır ssenarisində isə 80 faiz azalma. BAU ssenarisində tələbat 2020-ci illərin əvvəllərində sabitləşir, sürət və xalis sıfır ssenarilərinin hər ikisində isə neft tələbatı COVID-19 pandemiyasının səbəb olduğu tənəzzüldən sonra heç bir halda tam bərpa olunmur. Neft tələbatının azalması yol nəqliyyatının səmərəliliyinin artması və elektrikləşdirilməsindən irəli gəlir. Hər üç ssenaridə nəqliyyat sektorunda neft məhsullarının istifadəsi 2020-ci illərin ortalarından sonuna doğru ən yüksək səviyyəyə çatır. Nəqliyyat sektorundakı tələbatın təmin edilməsində neftin payı 2018-ci ildəki 90 faizdən yuxarı göstəricidən BAU ssenarisində təqribən 80 faizə, sürət ssenarisində 40 faizə, xalis sıfır ssenarisində isə sadəcə 20 faizə düşür.

Daha dayanıqlı qaz: təbii qazın perspektivlərinə ümumi tələbat və qlobal təchizatdan istifadə imkanlarının artması şərait yaradır. Qlobal tələbat ssenarilərboyu əhəmiyyətli dərəcədə fərqlənir. Sürət ssenarisində tələbat 2030-cu illərin ortalarında, xalis sıfır ssenarisində isə 2020-ci illərin ortalarında ən yüksək həddə çatır və qeyd edilən hər iki ssenaridə 2050-ci ilədək 2018-ci ilə əsasən oxşar, üçüncü ssenaridə isə müvafiq qaydada, aşağıdır. BAU ssenarisində qaz tələbatı növbəti 30 il ərzində artaraq üçüncü variantda 2050-ci ilədək daha yüksəlir. Təbii qaz az karbonlu enerji sisteminə sürətli keçid zamanı iki əhəmiyyətli rolu yerinə yetirmək potensialına malikdir. Kömürü əvəz etmək üçün bərpa oluna bilən enerji mənbələrinin və digər qeyri-yanar faydalı qazıntıların kifayət qədər inkişaf edə bilmədiyi və sıfır (sıfıra yaxın) enerji mənbəyi kimi karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyaları (CCUS) ilə birləşdirilə bilmədiyi sürətlə böyüyən, inkişaf edən iqtisadiyyata malik ölkələrdə kömürdən uzaqlaşmağa dəstək verir. Sürət və xalis sıfır ssenarilərində CCUS texnologiyaları ilə kombinə olunmuş qaz 2050-ci ilədək əsas enerjinin 8-10 faizini təşkil edir.

Külək və günəş enerjiləri bərpaolunan enerji mənbələri sektorundakı sürətli artımın önündədir: bərpaolunan enerji mənbələri bütün ssenarilərdə növbəti 30 il ərzində ən sürətlə inkişaf edən enerji mənbələridir. Bərpaolunan enerji mənbələrinin arasında əsas enerji mənbələrinin payı 2018-ci ildə təxminən 5 faizdən xalis sıfır ssenarisində 2050-ci ildə 60 faizə, sürət ssenarisində 45 faizə, BAU ssenarisində isə 20 faizə artır. İşlənmə xərclərinin davamlı azalması ilə şərtlənən bu artımda külək və günəş enerjiləri üstünlük təşkil edir. İşlənmə xərcləri sürət ssenarisində 2050-ci ildə külək və günəş enerjisi üçün təxminən 30 faiz və 65 faiz, xalis sıfır ssenarisində 35 faiz və 70 faiz azalır. Artım bərpa oluna bilən enerji gücünün genişlənməsində əhəmiyyətli sürətlənmənin olmasını tələb edir. Sürət və xalis sıfır ssenarilərində proqnozun birinci yarısında külək və enerji mənbələrinin gücündə orta illik artım 2000-ci ildən bəri təqribən 60 QVt orta illik göstərici ilə müqayisədə müvafiq qaydada, 350 QVt və 550 QVt təşkil edir.

Dünyanın elektrikləşdirilməsi davam edir: enerji sistemində karbondan imtina istifadə olunan yekun enerji həcmlərinin elektrikləşməsinin artmasına gətirib çıxarır. 2050-ci ilədək ümumi yekun istehlakda elektrik enerjisinin payı BAU ssenarisində 2018-ci ildə 20 faizdən bir qədər yüksək göstəricidən 34 faizə, sürət ssenarisində 45 faizə və xalis sıfır ssenarisində isə 50 faizdən yuxarı qalxır. Qlobal enerji istehsalının artımında bərpaolunan enerji mənbələri üstünlük təşkil edir. Sürət və xalis sıfır ssenarilərində bütöv artımı, BAU ssenarisində isə artımın dörddəüçünü təşkil edir. CCUS texnologiyalarından istifadənin artması ilə birlikdə dəyişən yanacaq balansında elektrik enerjisi sektorunun karbon emissiyalarının BAU ssenarisində sadəcə 10 faizlə müqayisədə sürət ssenarisində 80 faizdən çox azaldığı müşahidə edilir.

Hidrogen və bioenerji artımı: enerji sistemində karbon tədricən azaldıqca, hidrogen və bioenerjinin əhəmiyyəti artır. Sürət və xalis sıfır ssenarilərində proqnozun ikinci yarısında xüsusilə, elektrikləşməsi çətin olan və ya baha başa gələn fəaliyyətlərdə hidrogendən istifadə artır.

2050-ci ilədək hidrogen yekun enerji istehlakının (yanan enerji mənbələri istisnadır) sürət ssenarisində təqribən 7 faizini, xalis sıfır ssenarisində isə 16 faizini təşkil edir. Ənənəvi karbohidrogenlərdən uzaqlaşma da bioenerjinin, o cümlədən əsasən nəqliyyat vasitələrində istifadə edilən maye bioyanacaqların, təbii qazı əvəz edə bilən biometanın və əsasən elektrik enerjisi sektorunda üstünlük təşkil edən biokütlələrin əhəmiyyətinin artmasına gətirib çıxarır. 2050-ci ilədək bioenerji sürət ssenarisində əsas enerji mənbəyinin təqribən 7 faizini və xalis sıfır ssenarisində demək olar ki, 10 faizini təşkil edir.

Dünyanın davamlı olmayan yol ilə hərəkət etmək seçimi qarşısında olması: ssenarilər göstərir ki, karbon tullantılarda sürətli və davamlı azalmaya nail olma üçün karbonun qiymətlərində əhəmiyyətli artımın nəticəsində bir sıra siyasi tədbirlərin görülməsinin tələb olunacağı ehtimal olunur. İctimaiyyətin davranışlarında və üstünlük verdiyi məsələlərdə dəyişikliklərin əsasında bu siyasətlərin əlavə gücləndirilməsinə ehtiyac yarana bilər. Bu siyasi tələblərin və ictimai dəyişikliklərin ləngidilməsi çətinliyin miqyasını xeyli artıra, əhəmiyyətli dərəcədə əlavə iqtisadi xərclərə və fasiləyə gətirib çıxara bilər. Belə ləngimə riskləri bu ilin proqnozunda əlavə ləngidilmiş (Delayed) və nizamsız (Disorderly) ssenarilərdə də tədqiq olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir