BRAZİLİYA 2014-CÜ İLDƏ FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINA EV SAHİBLİYİ EDƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi saytına istinadla bildirir ki, FİFA İcraiyyə Komitəsinin oktyabrın 30-da İsveçrənin Sürix şəhərindəki qərargahında keçirilən iclasında 2011-ci ildə qadınlar, 2014-cü ildə isə kişilər arasında keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələri müəyyənləşdirmişdir. Qitələrarası növbəli prinsip əsasında Cənubi Amerikanın son mərhələdə yeganə namizədi olan Braziliya 20-ci futbol üzrə dünya çempionatını öz ölkəsində keçirmək hüququ qazanmışdır.
Braziliya 1950-ci ildəki dünya çempionatından sonra ikinci dəfə dünya çempionatına ev sahibliyi edəcəkdir. Beş dəfə (1958, 1962, 1970, 1994 və 2002-ci illər) dünya çempionu titulunu qazanan Braziliya indiyədək keçirilmiş bütün dünya çempionatlarının yekun mərhələsinə vəsiqə əldə etmiş yeganə ölkədir.
2018-ci ildən sonra isə dünya çempionatına ev sahibliyi edəcək ölkə seçimində qitələrarası rotasiya prinsipinə son qoyulacaqdır.
2011-ci ildə qadınlar arasında dünya çempionatı isə ikiqat dünya çempionu Almaniyada keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
- 07.10.2026 [08:18]
Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]