Braziliyada koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir
Bakı, 25 iyul, AZƏRTAC
Braziliyada iyulun 24-də koronavirusa 58 min 249 yoluxma halı qeydə alınıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ölkədə bu göstərici ardıcıl olaraq üçüncü gündür kəskin artır. İyulun 23-də ölkədə 58 min 80 nəfər koronavirusa yoluxmuşdu.
Həmçinin son sutka ərzində 1176 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
Saytın Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, Braziliyada 2 milyon 348 min 200 nəfər koronavirusa yoluxub, onlardan 85 min 385 nəfəri vəfat edib, 1 milyon 592 min 281 xəstə isə sağalıb. Müalicəsi davam edən 670 min 534 nəfərdən 8 min 318-nin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə hər 100 min insana 1115 koronavirus xəstəsi və 40 ölüm halı düşür. COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 5,09 faizdir.
Hazırda dünyada koronavirus infeksiyasına 15 milyon 961 mindən çox yoluxma və 643 min 118 ölüm faktı qeydə alınıb. Eyni zamanda, yoluxanların 9 milyon 757 min nəfəri sağalıb, müalicəsi davam edən 5 milyon 560 min 962 xəstədən 66 min 262-nin vəziyyəti ağır olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]