“BREYN-RİNQ” İNTELLEKTUAL OYUNUNUN QALİBLƏRİ
AZƏRTAC xəbər verir ki, aprelin 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) “Atəşgah” İntellektual Oyunlar Klubu İctimai Birliyi ilə birgə təşkil etdiyi ali məktəb tələbələri arasında “Breyn-rinq” intellektual oyununun qalibləri müəyyən olunmuşdur. BŞGİBİ-in rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, yarışın keçirilməsindən məqsəd Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqamı”nın icrasını təmin etmək və tələbələrin mədəniyyətimizin, ana dilimizin, dinimizin tarixini daha da dərindən öyrənmələrinə həvəs yaratmaqdan ibarətdir. Natiq vurğulamışdır ki, belə oyunların keçirilməsi tələbələrin intellektual və mədəni səviyyələrinin inkişaf etdirilməsinə, onlar arasında ünsiyyət əlaqələrinin gücləndirilməsinə, gənclərin ümumbəşəri və milli dəyərlərə yiyələnmələrinə şərait yaradır.
Oyunlarda 19 komanda iştirak etmiş və iştirakçılara səkkizdəbir final mərhələsində 5, dörddəbir final mərhələsində 7, yarımfinalda 9, finalda isə 11 sual verilmişdir.
Yarışda birinci yeri Dövlət Neft Akademiyasının, ikinci yeri Azərbaycan Dillər Universitetinin, üçüncü yeri isə Bakı Dövlət Universitetinin tələbələri tutmuşlar.
Qaliblərə diplomlar, xatirə hədiyyələri və pul mükafatları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]