Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bright Uzbekistan”: Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib

“Bright Uzbekistan”: Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əsas amilə çevrilib

Bakı, 3 oktyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Azərbaycan-Özbəkistan tərəfdaşlığı barədə “Bright Uzbekistan” beynəlxalq jurnalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin xalqlarımızın ortaq tarixi, ənənələri, mədəniyyəti və dəyərləri üzərində formalaşdığını vurğulayıb. Bu dərin köklərə əsaslanan əlaqələr ikitərəfli əməkdaşlığın davamlı inkişafı üçün möhkəm təməl rolunu oynayır.

“Xüsusilə dövlət başçılarımızın qarşılıqlı səfərləri, yüksəksəviyyəli görüşləri Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını yeni, daha keyfiyyətli mərhələyə yüksəltməklə, qarşılıqlı faydalı əməkdaşlığın dayanıqlı inkişafına stimul verir. Dövlət başçılarımızın iştirakı ilə işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan xalqı adından hədiyyə edilmiş Mirzə Uluqbəy adına məktəbin açılışını xüsusi qeyd etmək istərdim. Bu məktəb Qarabağın bərpası prosesində xarici dövlət tərəfindən verilən ilk hədiyyə idi və biz bu qardaşlıq, həmrəylik və dəstək nümunəsini yüksək qiymətləndiririk”, - deyə nazir vurğulayıb.

İqtisadiyyat naziri qeyd edib ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişaf və cəmiyyət tərəfindən yüksək qiymətləndirilən ciddi iqtisadi islahatlar yolu ilə irəliləyir. Həyata keçirilən struktur dəyişiklikləri və qeyri-neft-qaz sektorunun şaxələndirilməsi nəticəsində bu sahə artıq ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilib: “Son illər ölkəmiz qeyri-neft-qaz sektorunu uğurla inkişaf etdirir. Bu sektorun əsas prioritet sahələri kimi İKT, turizm, nəqliyyat, enerji - xüsusilə bərpaolunan və alternativ enerji mənbələri – aqrar məhsulların emalını qeyd etmək olar”.

Mikayıl Cabbarov müasir texnologiyaların geniş tətbiqi və yüksək rəqabətqabiliyyətli insan kapitalının milli iqtisadiyyatın aparıcı sahələrinə cəlb olunmasının məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına, daxili istehsalın diversifikasiyasına və qlobal dəyər zəncirlərinə səmərəli inteqrasiyasına şərait yaratdığını vurğulayıb: “Son illər iqtisadiyyatda aparılan əhəmiyyətli struktur dəyişiklikləri və uğurlu diversifikasiya siyasəti nəticəsində qeyri-neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas inkişaf amilinə çevrilib. Çoxvektorlu iqtisadi siyasət, işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası üzrə genişmiqyaslı tədbirlər, eləcə də iqtisadiyyatın şaxələndirilməsi üzrə görülən tədbirlər orta və uzunmüddətli perspektivdə davamlı artımı və inkişafı təmin edir”.

Nazir əlavə edib ki, gələcək uğurların təmin olunması, iqtisadi artım tempinin sürətləndirilməsinin təmin edilməsi üçün Azərbaycanı növbəti mərhələdə yeni çağırışlar gözləyir. Qarşıya qoyulmuş məqsədlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ətraflı əks olunub. Strategiyanın həyata keçirilməsi çərçivəsində iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi, investisiyaların artırılması, innovasiya ekosisteminin gücləndirilməsi və stimullaşdırıcı mexanizmlərin effektiv tətbiqi istiqamətində addımlar atılır.

Nazir qeyd edib ki, ölkəmiz yalnız neft sektorunda deyil, həm də neftdənkənar sahələrdə - sənaye, tikinti, kənd təsərrüfatı və başqa sahələrdə - beynəlxalq “qeyri-neftə yönəlmiş” gündəmin fəal iştirakçısıdır və regional, beynəlxalq səviyyəli ən böyük tədbirlərin təşəbbüskarıdır. Vurğulanıb ki, 2023-cü ildə Bakıda keçirilən SPECA İqtisadi Forumu regional əməkdaşlığın yeni mərhələsini açıb. Bundan başqa, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 çərçivəsində irəli sürülən təşəbbüslər Azərbaycanın, Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın müxtəlif sferaları və istiqamətləri əhatə edərək çoxvektorlu olduğu, həmçinin iki ölkənin biznes nümayəndələrinin müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələri qurduğu bildirilib. Bu əməkdaşlığın ən bariz nümunələrindən biri avtomobil istehsalı sahəsində əldə olunan əhəmiyyətli nailiyyətlərdir. Hazırda bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində Özbəkistanın “Uzavtosanoat" Səhmdar Cəmiyyəti və "Azərmaş CP" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobil istehsalının lokallaşdırılmasına yönəlmiş zavodun təməli qoyulub. Layihənin ümumi investisiya dəyəri 60 milyon ABŞ dollarından çoxdur.

M.Cabbarov, həmçinin Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb: “Azərbaycan Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir, nəqliyyat, sənaye kooperasiyası, enerji, tekstil, dağ-mədən, kimya sənayesi, elektrik avadanlıqları kimi sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Bu gün Azərbaycan və Özbəkistan iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə bir çox istiqamətlərdə əməkdaşlıq edir, eləcə də çox sayda birgə layihələr reallaşdırırlar”.

Nazir bildirib ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə Özbəkistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə - Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, o cümlədən Ələt Azaq İqtisadi Zonasında fəaliyyətə cəlb olunması istiqamətində böyük potensial mövcuddur. Xüsusilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti və Türk Dövlətləri Təşkilatının iki ölkə arasında iqtisadi ələqələrin dərinləşdirilməsində oynadığı mühüm rolu vurğulanıb. Birgə layihələrin reallaşdırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar və gələcək perspektivlər nəzərə çatdırılıb. Mərkəzi Asiyadan başlayaraq Azərbaycan üzərindən Avropaya uzanan “yaşıl enerji körpüsü” təşəbbüsü, bu kontekstdə ölkəmizin nəqliyyat-logistika sahəsində malik olduğu strateji potensial qeyd olunub. Orta Dəhlizin imkanlarının genişlənməsi fonunda tranzit-logistika sahəsində əməkdaşlıq perspektivləri, Bakı Beynəlxalq Dəniz Limanının bu dəhlizdə oynadığı rol, birgə investisiya təşəbbüsləri, təcrübə və innovasiya mübadiləsi, rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları diqqətə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqilliyimizin memarı!!!

Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə test imtahanı keçirilib

Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir

Nazir: Azad edilmiş ərazilərdə 83 min hektardan çox torpaq dövriyyəyə qaytarılır

İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait yönəldilib

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

Ötən il cari xərclərin 92 faizi qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Pakistanda polisə hücum olub: ölənlər var

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir

Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb

Fransa 2027-ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

Xəyyam Məmmədov: Qarabağ suvarma kanalı vasitəsilə 115 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb

Seymur Səfərli: Lazer hamarlama texnologiyası suya qənaət və məhsuldarlıq baxımından səmərəlidir

Zaur Əliyev: Məhsuldarlığın maksimum dərəcədə artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Nazir müavini: 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır

Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Ötən gün 76 cinayətin açılması təmin edilib

Seymur Səfərli: Yeni Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir

Müasir suvarma sistemləri quraşdırılmış sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması proqnozlaşdırılır

Körfəzdə davam edən gərginlik neft qiymətlərini yüksək həddə saxlayır

Özbəkistanda onkoloji xəstəliklərlə mübarizə üzrə Milli Proqram həyata keçiriləcək

Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Prezidentin köməkçisi: Aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib

“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

Nazir müavini: Bizim qərarlarımız real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur VİDEO

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur VİDEO

Göygöl rayonunda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir

Bilal Dündar: 1994-cü ildən başlanan enerji siyasəti Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub

Beş ayda “Şuşa KOB evi”ndə sahibkarlara 560-dək xidmət göstərilib

Astara terminalında tranzit daşımaların həcmi artıb

Xalid Əhədov: Qarşıdakı dövrdə özəl sektor aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir

BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb