Britaniyalı nazir: Ukraynaya yardım bir nömrəli prioritetimizdir
Bakı, 6 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Con Healey fəaliyyətində əsas prioritetin Ukraynaya “sarsılmaz” dəstək olacağını söyləyib.
AZƏRTAC xəbər verir ki, nazir “Politico” nəşrinə müsahibəsində Kiyevə yardımın onun üçün “bir nömrəli prioritet” təşkil etdiyini vurğulayıb. O, yeni Leyborist hökumətinin müdafiə xərclərini artırmaq öhdəliyini yerinə yetirə biləcəyinə və "qarşılaşdığımız təhlükələrə qarşı mübarizə aparmaq və qüvvələrimizi daha yaxşı təchiz etmək üçün bizə uzunmüddətli plan hazırlamağa imkan verəcək qərarlar qəbul edəcəyinə" əmin olduğunu qeyd edib.
Con Healey hərbi sahədə son 14 ilin mirasının çox ağır olduğunu, Birləşmiş Krallığın silahlı qüvvələrinin bir sıra ciddi problemlərlə üzləşdiyini də bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]