DÜNYA
Britaniyanın Koventri hava limanında elektrikli avtomobil akkumulyatorunun istehsalına başlanılacaq
London, 16 fevral, AZƏRTAC
Böyük Britaniyanın Koventri hava limanında elektrikli avtomobil akkumulyatorunun istehsalına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, hava limanı elektrikli avtomobil akkumulyatoru istehsal edən böyük zavoda çevriləcək. Şəhər bələdiyyəsi fabrikin təhlükəsizliyini təmin etməklə minlərlə iş yerinin yaranacağını və bölgəyə 2 milyard funt sterlinqə qədər investisiya cəlb olunacağını açıqlayıb.
Layihə Vest Midlands İdarəsi tərəfindən təsdiqlənib və 2025-ci ilədək istismara veriləcək.
Koventri Şəhər Şurasının lideri Corc Duqqins Koventrinin elektrikli avtomobil texnologiyasında dünya lideri olacağına inandığını bildirib.
Qeyd edək ki, Britaniya istehsalı olan “Jaguar” və “Land Rover” tamamilə elektrikli olacağını açıqlayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London