Britaniyanın müdafiə naziri Ukraynaya səfəri zamanı atəş altına düşüb
Bakı, 9 iyul, AZƏRTAC
Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşi altına düşüb.
AZƏRTAC Daily Mirror nəşrinə istinadla xəbər verir ki, britaniyalı nazirin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqları zamanı Odessada hava hücumu xəbərdarlığı elan edilib. Buna görə də görüş iştirakçıları binalardan birinin zirzəmisinə sığınmağa məcbur olublar. Onlar yalnız yarım saat sonra, hava hücumu siqnalı ləğv edildikdən sonra sığınacaqdan çıxa biliblər.
Hili Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyasının qələbəsindən sonra - iyulun 5-də Böyük Britaniyanın müdafiə departamentinin rəhbəri təyin edilib. O, iyulun 7-də Odessaya gəlib və ölkəsinin Ukraynaya 90 ədəd Brimstone raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı tədarük edəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]