BRUNEY 70 MİN ƏCNƏBİYƏ VƏTƏNDAŞLIQ VERİR
Daxili işlər naziri demişdir ki, yerli qadınlarla evlənmiş, yaxud Bruneyin şirkət və idarələrində işləyən 70 min əcnəbi kişiyə dünyanın ən varlı adamlarından biri olan Bruney sultanının təbəəsi olmaq imkanı verilmişdir.
Subay əcnəbilər üçün əlavə şərt bundan ibarətdir ki, onlar milli iqtisadiyyata sərmayə qoyduqlarını təsdiq etməli, yaxud yerli banklarda azı 300 min dollarlıq hesab açmalıdırlar. Nazir demişdir: “Bruney pasportu olan əcnəbilər torpaq sahəsi və ya mülk ala bilərlər”.
Bruney Darüssəlam Cənub-Şərgi Asiyanın ən kiçik dövlətidir. Onun sahəsi cəmi 5270 kvadratkilometr, əhalisi isə 379 min nəfərdən bir qədər çoxdur. Dövlət başçısı təxminən 40 il hökumətdə baş nazir, müdafiə və maliyyə nazirləri vəzifələrini tutan sultan Həssənal Bolkiahdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]