BRUNEY DARÜSSALAMIN SULTANI ƏLAHƏZRƏT HACI HƏSSƏNAL BOLKİAHA
Əlahəzrət,
Bruney Darüssalamın milli bayramı - Milli gün münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Bruney Darüssalam arasındakı münasibətlərin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 fevral 2010-cu il.