Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brüsseldən Gentə və geriyə, yaxud ürəkşəkilli vaflinin acı dadı

Brüsseldən Gentə və geriyə, yaxud ürəkşəkilli vaflinin acı dadı

Bakı, 26 fevral, Anara Axundova, AZƏRTAC

Belçika dedikdə məndə qar, isti şokolad və vafli ətri, şəhər tramvayının gurultusu, komiks mağazaları və Müqəddəs Valentin Günü təsəvvürü yaranır. Lakin ən başlıcası, Belçikaya səfərim Co və Katrinanın əhvalatı ilə bağlıdır.

Mən Brüsselə Niderlanddan kiçik avtobusla gəlirəm. Yol gələnə qədər pəncərədən bir ölkənin o birini necə rəvan şəkildə əvəzlədiyini müşahidə edirdim. Adama elə gəlir ki, Belçika və Niderland oxşardır, əslində, onlar çox müxtəlifdir. Avtobusdan düşüb şişmiş ayaqlarımı övkələyib otelə getmədən dərhal şəhər mərkəzinə yollanıram. Kürəyimdə o qədər də ağır olmayan bel çantası var, mən vur-tut bir-iki günlüyünə gəlmişəm, lakin iki şəhərdə olmalıyam: Brüssellə yanaşı Gentə də getməyə hazırlaşıram, orada məni qonaq kimi gözləyirlər.

Hələ ki, paytaxtda adi turist olacağam. Şəhərin mərkəzində belə “adi” turistlər çoxdur. Onlar isti Belçika vaflisi yeyir, isti şokolad içir və hamısı durmadan, ardıcıl olaraq şəkil çəkirlər. Mən də ətri ətrafı bürüyən vaflidən almaq qərarına gəlirəm. Mən Müqəddəs Valentin Günündən sonra gəlmişdim, ona görə də piştaxtalarda adi kvadrat vaflilərlə yanaşı ürək formasında vaflilər də vardı. Sevgililər günü keçmişdi, ürəkşəkilli vaflilər isə qalmışdı. Mən ürəkşəkilli vafli və bir stəkan isti şokolad götürürəm. Ayaqüstü yeyir, Qrote-marktla – şəhərin əsas meydanı ilə yavaş-yavaş addımlayıram. Meydanın yaxınlığında Avropanın ən görməli yerlərindən biri – məşhur “Manneken Pis”, yaxud da “Petit Julien” yerləşir. 61 santimetr hündürlükdə olan miniatür şedevrin qarşısına xeyli adamın toplanması maraq doğurur. Tunc heykəlin yaranma tarixi, şəraiti məlum deyil, lakin onunla bağlı söz-söhbət kifayət qədərdir. Bədbəxt Jülyeni hətta bir neçə dəfə oğurlayıblar da... Sonra onu surəti ilə əvəz ediblər. Məndə elə təsəvvür yarandı ki, eynisi yenə də baş verir: insanlar kamera və telefonlarla çəkməklə onu oğurlayırlar. Əlimdəki isti şokolad bir qədər soyudu. Mən ürəkşəkilli vaflini isti şokolada batırıb məmnuniyyətlə yeyirəm. Bəli, o vaxt onu məmnuniyyətlə yeyirdim. Dadı da lazım olduğu kimi şirin idi...

Qaş qaralır. Qrote-marktdakı evləri seyr edəndən sonra otelə gedirəm. Belçika ikidilli ölkədir, şimalda niderlandca, cənubda və paytaxtda fransızca danışırlar. Bu səbəbdən otelə çatmaq üçün yolu fransızca soruşmalı oluram, dil haqqında cüzi biliklərim buna imkan verir.

Qaldığım otelin yanında tramvay yolu var, bu xətt bütün şəhərdən keçən “Tintin marşrutu”nun bir hissəsi imiş. Tintin Belçika komikslərinin qəhrəmanı, jurnalist və macəra axtarandır. Paytaxtda o, hər yerdədir. Təkcə o deyil. Brüssel komikslər vətənidir, burada Erje, Andre Frankin, Moris de Bevere və digərləri yaşayıb-yaradıblar. Komiks qəhrəmanları evlərin divarlarına çəkilib, mərkəzdə isə hər addımda komikslərin satıldığı mağazalara rast gəlmək mümkündür. Yüzlərlə komiks!

Ertəsi günümü Brüsseldə şəhərin daha az turistik hissəsində gəzintiyə həsr etdim, nahardan sonra Belçika Kinoakademiyasına yollandım, orada məni Co gözləyirdi. Co Vermerker Belçikanın ən yaxşı “steadicam”-operatorlarından biridir və kinoakademiyada dərs deyir. Mən onun məşğələlərində iştirak edirəm. Conun özü ilə seminarlara götürdüyü itinin yanında otururam və uşaqların söhbətlərinə qulaq asıram. Onlar rejissor fakültəsinin tələbələridir. Co onlara operator işinin prinsiplərini izah edir. Zalda parta yoxdur, uşaqlar dairəvi oturublar, arada dəftəri və ya planşeti dizlərinə qoyub nəsə yazırlar. Dərs Niderland dilində keçir və söhbəti tutmaq mənə çətindir. İt diqqətlə tələbələrə baxır, arada başını tərpədir, bəzən də yerindən atılıb zalın ortasına qaçır və var gücü ilə hürür. Elə təsəvvür var ki, it deyilənləri məndən çox başa düşür.

Məşğələdən sonra biz Co ilə onun həyat yoldaşı, rəssam Katrina ilə yaşadığı Gentə tərəf gedirik. Onların uşaqları böyükdür, valideyn evini çoxdan tərk ediblər.

Co deyir: “Katrina bu gün özünü yaxşı hiss etmir. Əgər gedə bilsəydi, yaxşı bir restoranda şam edərdik”. Mən onu inandırmağa çalışıram ki, bu, vacib deyil. Co söhbəti başqa mövzuya dəyişir və mənə Gent haqqında danışmağa başlayır. Mən qarşıdakı çəkilişlər barədə soruşuram, yeri gəlmişkən, Conu “Kursk” filminin çəkiliş komandasına bu yaxınlarda təsdiqləyiblər. Biz Brüsseldən çıxırıq. Hava qaranlıq olsa da mən səliqəli evləri, yaxşı qulluq olunan qazonları, bağçaları görürəm. Conun iti yanımda oturub, arada mürgüləyir.

Brüssel və Gent arasında məsafə çox deyil, biz kifayət qədər tez çatırıq. Co ilə Katrina Gentin özündə deyil, şəhər ətrafında, “milyonerlər kəndi”ndə yaşayırlar. Təkcə Belçikada deyil, Avropanın bir çox ölkələrində imkanlı adamlar şəhər ətrafında, şəxsi evlərdə yaşamağa üstünlük verirlər. Rəsmi olaraq bu inzibati vahidlər kənd adlanır.

...Evə qədəm qoyan kimi Co Katrinanı görməyə gedir. “Yaxşıdır. İndi gələcək yanımıza. Gedək hələlik sənə evi göstərim”, - deyə o mənə söyləyir.

Conun evi xaricdən ənənəni üslubda səciyyəvi Belçika malikanəsinə bənzəyir, daxildən isə ultramüasirdir. Co onun dizaynını özü düşünüb və interyer elementlərinin çoxunu sifariş verib. Divarlarda hər yerdə abstrakt üslubda rəsmlər asılıb. Bunlar Katrinanın əl işləridir və çox gözəldir. Dar pilləkənlə qalxıb mansarda çatırıq. Burada rəssamın emalatxanası yerləşir. Hər yerdə kətanlar, boya dolu bankalar və rəsmlər var. Rəsmlərin bəziləri hələ bitməyib. Mən burada gecələyəcəyəm. Mansardın üçdəbiri qonaqlar üçün yataq zonasına ayrılıb. Mən bel çantamı qoyuram, birinci mərtəbəyə - yemək otağına enirik. Eyni zamanda ayaqqabı dabanlarının səsi eşidilir və Katrina zala daxil olur. O, incə, zərif, büllur heykələ bənzəyir. Co ayağa qalxır, çox ehtiyatla onu qucaqlayır. Mən Katrinaya onun rəsmlərini gördüyümü deyirəm. Onun gözləri işıldayır, öz rəsmlərindən danışmağa başlayır. Co Katrinadan restoranda şam etmək barədə soruşur, Katrina razılaşır.

...Kənardan kiçik görünən restoran bu dairədə ən bahalı və seçilmiş yerlərdən biri idi. Sadə geyinmiş ziyarətçilər isə burada yaşayan ən zəngin adamlardan idilər. Belçikada ev yeməyi çox sadədir, Niderland və alman yeməyini xatırladır. Lakin orijinal restoran mətbəxi fərqlidir, daha çox fransız kulinariyasına yaxındır. Aşpazlar regionun mövsümi ərzaqlarından istifadə etməyə üstünlük verirlər. Mətbəx tərəvəzlə zəngindir. Belçikalılar pendiri xoşlayır və bu ölkədə onun çoxlu çeşidləri var. Onlar dəniz məhsullarına da meyil göstərirlər. Belçika mətbəxində hər cür souslar xüsusi yer tutur. Əlbəttə ki, ölkənin milli fəxri olan Belçika şokoladı haqqında söz deməyə ehtiyac yoxdur.

Gəldiyimiz restoranda Co və Katrinanı yaxşı tanıyırlar. Bizi pəncərənin qabağındakı masaya əyləşdirirlər. Menyunu təqdim edirlər, bizimlə birgə zala daxil olan itə isə bir qab yemək gətirirlər. Həmin axşam mən pendir, qaymaq və ətirli otlardan ibarət sousla qızardılmış balıq yedim. Çox sadə səslənir. Lakin bu, indiyədək dadına baxdığım yeməklər arasında ən dadlılarından biri idi. Yenə də Belçikasayağı: görünüşü sadə, dadı isə çox möhtəşəm.

Biz gec qayıtdıq. Mansardımda sakit və rahatdır. Pəncərələrdə pərdə yoxdur, küçə fənərlərinin zəif işığı zala düşür. Uzanmış vəziyyətdə Katrinanın əl işlərinə baxıram. Mənə elə gəlir ki, Alisa güzgülərdən keçdiyi kimi, mən də onların vasitəsilə hansısa başqa aləmə düşürəm. Ola bilər ki, bu, yuxu idi.

Səhər mətbəxə enəndə orada Conu gördüm. O, qəşəng geyinərək süfrə düzəldirdi. İt də pişik kimi yumağa bükülərək öz guşəsində uzanmışdı. Co dedi: “Katrina bir az gec düşəcək”. Mən özümə qəhvə süzür və gözəl bəzədilmiş masa arxasına əyləşirəm. Masa bağçaya açılan böyük pəncərənin qarşısındadır. Qar yağır və torpağı nazik qatla örtür. Bağçanın ortasında Coya müəllif tərəfindən hədiyyə edilən abstrakt heykəl – saat-insan dayanır. Dünən qaranlıqda gəldiyimizə görə mən onu görməmişdim. İndi oturub qar dənələrinin saat-insanın başına, çiyinlərinə asta-asta necə tökülməsini müşahidə edirəm. Katrina gəlir, biz səhər yeməyi yeyirik. Co nəvazişlə Katrinanın əlindən tutur. Bəzən danışırıq, daha çox susuruq.

Səhər yeməyindən sonra çantamı toplamağa gedirəm, Co məni Gentə aparacaq. Katrina ilə sağollaşıram. O məni qucaqlayaraq qonaqpərvərlikdın razı qaldığımı soruşur. Cavab verirəm ki, çox xoşbəxtəm və böyük zövq aldım. “Düzdür, məmnunluqla yaşamaq lazımdır. Həyat çox mürəkkəb şeydir”, - deyə Katrina cavab verir. Conun iti sakit zingildəyir və burnu ilə ovcuma toxunur.

Co məni Gentin mərkəzinədək aparır və maşından çıxandan sonra bel çantamı geyinməyə mənə kömək edir. Qonaqpərvərliyə görə ona təşəkkür edirəm. Co deyir: “Xeyr. Sənə sağ ol demək lazımdır”. Mən onun əlini sıxıram, itin qulağını tumarlayıram və Gentə tamaşa etməyə gedirəm.

Gent kiçik şəhər olsa da, Şərqi Flandriyanın paytaxtı və ən iri şəhəridir. Şəhər iki çayın – Leye və Şeldanın qovuşduğu yerdə yerləşir, ən iri təhsil mərkəzidir, öz universiteti ilə ad qazanıb. Gent Belçikada tarixi monumentlərin və muzeylərin sayına görə Antverpendən sonra ikinci yer tutur. Əslində, bu şəhərlə tanış olmaq üçün bir neçə gün tələb olunur, mənim isə vaxtım günortaya qədər idi. Sonra Brüsselə geri dönmək lazımdır. Mən mərkəzdə gəzinti və Müqəddəs Bavona kilsəsinə getməklə kifayətləndim.

Kiçik restoranda nahar edirəm. Bura orta əsrlərdə zindan imiş... Şampinyonlu dadlı Brüssel şorbası içirəm, balaca pəncərədən qovuşan çayları seyr edirəm və düşünürəm ki, zindandan görünən mənzərə o qədər də pis olmayıb.

Mən Co və Katrina barədə də düşünürəm. Çaylar onların bir-birindən tutan əllərini xatırladır. Qar aramla yağır. Şorbanı bitirdikdən sonra qəhvə içirəm. Bacardığım qədər asta-asta, sanki yağan qarın sürətinə uyğun içirəm. Bu isti kafedə mənə nə qədər rahat olsa da vaxt gözləmir. Saat-insan amansızdır. Brüsselə, oradan da Niderlanda qayıtmalıyam.

Gentdən qatarla gedirəm. Qaranlıq düşməmiş pəncərə boyu yolu seyr edirəm. Brüsseldə tam başqa ritmdir. Mən bunu Gentdə olandan sonra başa düşürəm. Burada hər şey daha sürətlidir. Mən vağzaldan-vağzala qaçıram, yoldan keçənlərdən fransızca yolu düz gedib-getmədiyimi soruşuram. Burada qar yoxdur. Yəqin ki, o da mənim kimi harasa qaçıb.

...Kiçik avtobusun pəncərəsinin arxasında artıq qaranlıqdır, mən bir ölkənin o birini necə əvəzlədiyini daha görə bilmirəm. Qaranlığa baxıb düşünürəm ki, hələ də xəyalən Co ilə Katrinanın evindəyəm. Maraqlıdır, onlar indi nə edir?

P.S.

Həmin ilin yayında Co açıqca göndərdi. Açıqcada Katrinanın dünyadan köçməsi deyilirdi (Belçikada və Avropanın bəzi ölkələrində bu barədə açıqcada xəbər verirlər). O, xəstə idi. Xəstəliyi aşkar olunduqdan sonra həkimlər onun ömrünə iki ay qalmasını xəbər veriblər. Lakin o, iki il yaşadı. Düşünürəm ki, buna səbəb Conun onun qayğısına qalması idi. Çünki onu sevirdi.

...Belçikada olandan təxminən üç il sonra Müqəddəs Valentin Günündə Rotterdamı gəzirdim. Hava şaxtalı idi, yüngül qar yağırdı. Küçə dükanlarında isti şokolad və ürək formasında vaflilər satırdılar (Belçikadakı kimi qalın deyil, nazik). Mən ürəkşəkilli vafli və bir stəkan isti şokolad götürdüm, skamyada əyləşdim. Əlimdəkinə baxıb Belçikanı yada saldım. Sonra isə Co ilə Katrinanı.

Mən vaflini yarı böldüm. Ürəkşəkilli vaflidə çat əmələ gəldi. Mən üç il əvvəl onların xoş evlərindəki mətbəxdə oturmuşdum, Conun Katrinanın əlindən necə nəvazişlə tutduğunu görürdüm. Biz rəssamlıqdan danışır, saat-insanın çiyinlərinə asta-asta tökülən, bağçanı ağ örpəyə bürüyən qarı seyr edirdik. Hələ də tamaşa etmədiyim “Kursk” filmi o vaxt çəkilməmişdi... Mən vaflinin yarısından azca dişlədim. Onun dadı mənə acı gəldi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək