BSU-da “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 1 may, AZƏRTAC
Mayın 4-5-də Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
BSU-dan AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.
Konfransda 14 bölmədə 552 məruzə dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]