BTC BORU KƏMƏRİ DƏHLİZİNİN GÜRCÜSTAN SAHƏSİNDƏ ÜÇ QƏDİM ŞƏRAB ZİRZƏMİSİ TAPILMIŞDIR
Ekspedisiyanın rəhbəri Vaxtanq Liçel demişdir ki, Askuri kəndi Cənubi Gürcüstanda dini mərkəz olmuş, gürcülər ilk dəfə xristianlığı məhz bu kənddə qəbul etmişlər.
Yeni aşkara çıxarılmış şərab zirzəmiləri və dəzgahlar Askuridə üzümçülüyün, şərabçılığın yaxşı inkişaf etmiş təsərrüfat sahəsi olduğundan xəbər verir. Hazırda arxeoloqlar əlavə məlumat əldə etmək üçün şərab zirzəmilərində axtarış aparırlar.