BTC KƏMƏRİ İLƏ NƏQL OLUNAN İLK NEFTİN MAYIN 27-DƏ TANKERLƏRƏ DOLDURULMASI GÖZLƏNİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulmuş xam neftin mayın 27-də Ceyhan limanına yetişəcəyi və burada ilk tankerin yüklənəcəyi gözlənilir.
Eyni zamanda, Türkiyədə iyul ayının 13-də BTC-nin tarixi açılış mərasiminə də ciddi hazırlıq görülür. Müvafiq dövlət qurumlarında mərasimlə bağlı tədbirlərin əlaqələndirilməsi üzrə işlər davam edir.
Azərbaycan və Gürcüstanın dövlət başçıları ilə yanaşı, bu tədbirdə 16 ölkənin baş nazirinin və enerji nazirlərinin iştirak edəcəyi gözlənilir.