BTC NEFT İXRAC BORU KƏMƏRİNİN DOLDURULMASINA 10 MİLYON BARREL NEFT SƏRF OLUNACAQDIR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin neftlə doldurulmasına 10 milyon barrel neft sərf olunacaq və bu proses 5 aya tamamlanacaqdır. “Azəri” yatağındakı platformadan neftin Səngəçal terminalındakı çənlərə vurulması 3 həftəyə, çənlər dolduqdan sonra kəmərin Azərbaycan hissəsinin doldurulması 1,5 aya, Gürcüstanda 1 aya, Türkiyədə 2-2,5 aya başa çatacaqdır. Əlavə vaxt itkisinə yol verməmək üçün bu proses Türkiyədə inşaat işləri qurtarmamış başlanacaqdır.
Qeyd edək ki, bir sıra səbəblərdən BTC-nin Azərbaycan hissəsinin inşasını, əvvəlcə nəzərdə tutulduğu kimi, bu ilin yanvarında, Gürcüstan və Türkiyə hissələrinin inşasını isə martda tamamlamaq və istismara vermək mümkün olmadığına görə, Ceyhan limanından neftlə dolu ilk tanker də iyul ayında yox, avqustun sonunda, yaxud sentyabrın əvvəlində yola salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]