Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək
Bakı, 22 may, AZƏRTAC
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.
Qarşılaşma saat 19:30-da start götürəcək.
Mayın 20-də keçirilən ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti matçı mayın 24-də oynanılacaq. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.
Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]