Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək
Bakı, 26 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, rəqibindən bir oyun az keçirən Tovuz klubu 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Günün digər görüşündə “Neftçi” klubu “Zirə”ni qəbul edəcək. "Neftçi" 6 xalla 4-cü, "Zirə" isə 4 xalla 5-cidir. Bu, tərəflərin Premyer Liqadakı 27-ci matçı olacaq. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 27:27.
Qeyd edək ki, IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]