Bu gün futbol üzrə Misli Premyer Liqasında daha iki oyun keçiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasının IV tur çərçivəsində daha iki oyun olacaq.
AZƏRTAC xəbər verir ki, bu gün “ASCO Arena”da 18:00-da başlayacaq ilk matçda paytaxtın “Səbail” komandası “Kəpəz”i qəbul edəcək. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Hazırda “Səbail” bir xalla 8-ci, üç oyunun hamısında məğlub olan “Kəpəz” 10-cu yerdədir.
Saat 20:30-da başlayacaq günün ikinci matçında “Qarabağ” komandası “Şamaxı”nı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq. Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” altı xalla 4-cü, “Şamaxı” isə bir xalla 9-cu yeri tutur.
Qeyd edək ki, turun ilk iki qarşılaşmasında “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edib, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.
Dördüncü tura avqustun 28-də keçiriləcək “Qəbələ”-“Sabah” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Əliyar Ağayev olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]