Bu gün kişi voleybolçular arasında dünya çempionatına start veriləcək
Bakı, 26 avqust, AZƏRTAC
Bu gün Polşa və Sloveniyada kişi voleybolçular arasında dünya çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yarışın Rusiyada keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq sonra Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiyanı ev sahibliyindən məhrum etmişdi.
Çempionatın ilkin mərhələsində 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan və 4 ən yaxşı üçüncü pillənin sahibi növbəti mərhələyə adlayacaq. 16 komanda yenidən 4 qrupa bölünəcək. Qrup qalibləri və ən yaxşı nəticə göstərmiş 2 ikinci pilləni sahibi çıxışını davam etdirəcək. Daha sonra 6 komanda iki qrupda mübarizə aparacaq. Qrupda ilk iki pillədə yer alan komandalar yarımfinala yüksələcək. Çempionatın final oyunu sentyabrın 11-də keçiriləcək.
Oyunlara Polşanın Katovitse və Qlivitse, Sloveniyanın isə Lyublyana şəhərləri ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]