Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək
Bakı, 26 avqust, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, İstanbulda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. Ağdam təmsilçisi püşkatmaya ikinci səbətdən qatılacaq.
1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)
2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)
3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)
4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.