Bu gün Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də futbol üzrə Topaz Premyer Liqasının 27-ci turunun görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bir günü əhatə edəcək tura “İnter Arena”da oynanılacaq “Keşlə” - “Qarabağ” görüşü ilə start veriləcək. Rəşad Əhmədovun idarə etdiyi oyun saat 17:00-da başlayacaq.
Turun digər oyunları saat 19:00-dan start götürəcək. “Qəbələ” klubu səfərdə “Sumqayit” ilə qarşılaşacaq. “Zirə” komandası “Kəpəz”i, “Neftçi” isə “Səbail”i qəbul edəcək.
Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 46 xalla ikinci, “Neftçi” ilə “Sumqayıt” 40 xalla üçüncü və dördüncü yerləri bölüşdürürlər.
Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (38 xal), “Keşlə” (25), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]