Bu gün üç Premyer Liqa klubu yoxlama oyunları keçirəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan futbol klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” iki matçda qüvvəsini sınayacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Serbiyanın “Baçka Topola” klubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçiləri günün ikinci yarısında Polşanın “Slyonsk” komandasını sınağa çəkəcək. Qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.
“Qəbələ” ikinci oyununda Şimali Makedoniyanın “Borats” kollektivi ilə qarşılaşacaq.
Hazırlığını Bakıda davam etdirən “Səbail” isə I Divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” ilk matçında Rumıniyanın “Qaz Metan” komandası ilə qolsuz heç-heçə edib. “Qəbələ” Polşanın “Zaqlembe” komandasına 1:2, “Səbail” isə “Keşlə”yə 0:2 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]