Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür

Bakı, 7 mart, AZƏRTAC

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 29 ilə yaxın şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.

AZƏRTAC xəbər verir ki, bu fikir “91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı oldu. Qurultayda birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının, ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğunun təsdiqi olan qərarların qəbulu və sair kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi.

Məlumdur ki, hər bir mühüm hadisə daim keçilən yolun təhlilini, baş verən hadisələrin mahiyyətinin düzgün dəyərləndirilməsini bir zərurət kimi ortaya qoyur. Qurultaydakı proqram xarakterli nitqində “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox” söyləyən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının onları hər an təqib edən təhdidlərdən qorxmadan, heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, partiyanın təsis konfransının hansı səbəblərdən Bakıda deyil, Naxçıvanda keçirilməsindən, ümumiyyətlə, 1992-ci ilin noyabr ayının gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi. Bu reallıq hər zaman böyük minnətdarlıq hissi ilə qeyd edilir ki, “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderimizə tarixi müraciətin müəllifi olan “91-lər”in üzvü olaraq bu məqamı xüsusi qeyd etmək istərdim ki, ziyalıların “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətinə dahi şəxsiyyət Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı cavabı Azərbaycanın “olum, ya ölüm” dilemması qarşısında qaldığı o çətin dövrdə hər birimizdə yeni bir siyasi partiyanın təsis edilməsi ideyasının reallaşacağına böyük ümidlər yaratdı. Ümummilli Lider “91-lər”in həmin müraciətinə tarixi cavabında bildirdi ki, belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyinin tarixi nailiyyətimiz olduğunu önə çəkərək onun qorunmasının hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edirdi. “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti o vaxt cəsarət və milli düşüncə göstərmiş məşhur “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirdi: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”. Məhz bu əsasda Prezidentimiz İlham Əliyev qurultaydakı yekun nitqində gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyəsindən bəhs edərkən keçilən yolun daim təbliğ olunmasını, tarixi paralellər fonunda müstəqilliyimizin daimiliyini təmin etmək üçün hansı çətinliklərin dəf edildiyini onlara çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyaraq YAP fəallarına çağırış etdi. Çünki reallıq budur ki, xalq dahi şəxsiyyət Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, nəticədə müstəqilliyimiz əbədi, dönməz oldu.

Biz “91-lər” fəxr edirik ki, doğma partiyamızın sıraları yaranmasından ötən 29 ilə yaxın dövrdə kəmiyyət və keyfiyyət baxımından heç bir siyasi təşkilatla müqayisə edilməyəcək dərəcədə zənginləşib. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğrunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: “O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından, hər bir çətinlikdən şərəflə çıxdı, qısa müddətdə milyonların partiyasına çevrildi, bütün kateqoriyadan olan insanları bir araya gətirib sıralarında birləşdirdi. Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyədək siyasi xəttinə, tutduğu yola sadiqliyi, hər zaman dövlətinə, xalqına xidmət üçün bütün səylərini birləşdirməsi, “Yeni Azərbaycan uğrunda” devizini illər keçdikcə “Yeni hədəflərə doğru” şüarı ilə əvəzləməsi onun sıralarının genişlənməsinə səbəb oldu.

Bu mühüm məqamı xüsusi qeyd etmək istəyirəm ki, ötən müddət ərzində YAP-ın qurultaylarında (1999, 2001, 2005, 2008, 2013, 2018) qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Xüsusi vurğulanmalıdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Partiyanın rəhbərliyində o dövrdə Azərbaycan gənclərinin lideri kimi cənab İlham Əliyevin təmsil olunması bu siyasi qurumun gələcək uğurlarına böyük stimul verdi. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-in Birinci vitse-prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin YAP rəhbərliyində təmsilçiliyindən sonra gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanların yaradılması çox qısa zaman kəsiyində bu təbəqənin partiya sıralarına sürətli axınını təmin etdi. 2005-ci ildə keçirilən YAP-ın III qurultayında isə Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə yeni inkişaf mərhələsinin təməli qoyuldu.

Bu gün isə sonsuz qürur hissi ilə qeyd edirik ki, son 17 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq. Biz “91-lər” fəxr edirik ki, 1992-ci ildə təsis konfransını Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə çox çətin şəraitdə 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir.

Partiyanın VII qurultayında qəbul olunan mühüm qərarlardan biri 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulmasıdır. Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Vətən müharibəsində 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini, onun ətrafında sıx birləşdiklərini bildirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev partiyanın VII qurultayında bu məqama xüsusi diqqət yönəltdi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.

Dövlətimizin başçısının da vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Prezident İlham Əliyev qurultayda bu barədə deyib: “Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur.”

Altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması, eyni zamanda, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki YAP-ın ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu kimi qərarlar Yeni Azərbaycan Partiyasına gündən-günə artan inamın, etimadın göstəricisidir. Əvvəldə də qeyd etdiyim kimi, partiya bu illər ərzində tutduğu yola sadiqliyini sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. YAP dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməklə davamlı uğurlara imza atır. YAP hər zaman yeniliyə, təkmilləşməyə meyl göstərən partiyadır. Son illərin uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının 2019-cu ildə ölkədə həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda qalmaması, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsini xüsusi qeyd etməliyik. Məhz bu təşəbbüs əsasında 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Diqqət çəkən əsas məqamlardan biri yeni parlamentin formalaşmasında siyasi sistemin təkmilləşməsinə xidmət edən addım kimi müxalifət partiyalarının nümayəndələrinin də Milli Məclisin rəhbərliyində, komitələrə sədrlikdə təmsil olunmasıdır. Bu, bir daha dövlətimizin siyasi partiyalar arasında birliyin, həmrəyliyin, siyasi dialoqun tərəfdarı olmasının bariz nümunəsidir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Bu baxımdan siyasi partiyaların rəhbərləri ilə mütəmadi keçirilən görüşlər, günümüzün əsas məsələləri ətrafında aparılan müzakirələr, ümumi mövqenin ortaya qoyulması və sair təqdir olunan məqamlardandır.

Ümumilikdə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Prezidentin qurultayda 2003-2020-ci illəri hazırlıq dövrü kimi xarakterizə etdi. Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Artıq bu illər ərzində bütün sahələrdə qazandığımız uğurlar, görülən hazırlıq işləri Dağlıq Qarabağ münaqişəsinin də tarixə qovuşmasına yol açdı. Bu səhifəni bağlayıb qarşıdakı dövrün hədəfləri və onlara çatmaq yolları müəyyənləşdirilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayının keçirilməsini zəruri edən səbəblərdən geniş bəhs edərək bildirdi ki, yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin təşəbbüsləri ilə reallaşan layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin təmin edilməsi üçün önəmli şərtlər formalaşdırıb və yeni əməkdaşlıq imkanlarını genişləndirir. Bütün sahələrdə yeni mərhələnin əsası qoyulub.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, gələn il partiyanın 30 illik yubileyi qeyd olunacaq. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”.

Dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı üç ay ərzində yeni proqram hazırlanacaq. Təbii ki, bu sənəd özündə bütün yenilikləri, qarşıdakı dövrün prioritetlərini və onlara nail olmaq yollarını ehtiva edəcək. Bu gün post-müharibə dövrünü yaşayırıq. Hazırda əsas vəzifələrdən biri bizə Zəfəri yaşadan şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət və qayğı göstərmək, daim onların yanında olmaqdır. Dövlətimizin bu kateqoriyadan olanlara diqqət və qayğısı göz önündədir. Prezident bildirdi ki, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidir. Böyük Qayıdışa hazırlıq işləri görülür. YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır.

Təhlillər fonunda bu fikri böyük qürurla qeyd edirik ki, partiyanın həyatında yeni dövr başlayır. VII qurultay yeniliklərlə tarixə yazıldı: 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, partiyanın tərkibində Veteranlar Şurası yaradıldı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edildilər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti daim yüksək dəyərləndirilir. Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu partiyada rəhbər strukturda təmsil olunmaqla onun şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir və bu istiqamətdə səylərini daha da artırır.

Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarına seçilmiş bütün partiya üzvlərini təbrik edir, qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağımız üçün birgə fəaliyyətimizdə uğurlar arzulayıram. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir – ŞƏRH

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 65,37 faizə yüksəlib YENİLƏNİB 2

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

Siyasi şərhçi: Azərbaycan–Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

İqtisadçı-ekspert: Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur ŞƏRH

Azərbaycan Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi üçün əlverişli tranzit ölkədir

Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

Azərbaycan və Özbəkistanın regionlararası inteqrasiyası: Bakı–Daşkənd xəttindən bölgələrin strateji tərəfdaşlığınadək

Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Şərqşünaslıq İnstitutunun rolu

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB VİDEO

Politoloq: Azərbaycan-Özbəkistan münasibətləri qardaşlıqdan müttəfiqliyə uzanan strateji yüksəliş yolunun bariz nümunəsidir

Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb

Azərbaycan–Özbəkistan münasibətləri dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilib  ŞƏRH

BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır

Azərbaycan-Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Prezident İlham Əliyevin dövlət səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ  ŞƏRH

Nicat Abdullayev: Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq üçün geniş potensial var

ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycan–Özbəkistan müttəfiqliyi regional əməkdaşlığın mühüm dayaqlarındandır ŞƏRH

Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıq: Əsas istiqamətlər və perspektivlər

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib VİDEO

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Ekspert: Azərbaycan-Özbəkistan təhsil əməkdaşlığı iki ölkə üçün yeni imkanlar yaradır

Kasım-Jomart Tokayev prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Siyasi müttəfiqlikdən vahid geoiqtisadi gündəliyə - ŞƏRH

Siyasi şərhçi: Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazda yeni imkanlar yaradır

Deputat: Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının genişlənməsi qarşıya daha böyük hədəflər qoyub

Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir

Akademik: Özbəkistanın aparıcı elmi müəssisələri ilə əlaqələr birgə layihələrin reallaşdırılmasına xidmət edir

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Azərbaycan-Özbəkistan münasibətləri siyasi və diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi müstəvidə də sürətlə inkişaf edir – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin doğum günüdür VİDEO

Özbək deputat: Azərbaycanın C5 formatına qoşulması son illərin ən mühüm regional proseslərindən biridir

Azərbaycanın cüdo millisi dünya çempionatını 2 medalla başa vurub

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazanıblar

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb VİDEO

Azərbaycan-Özbəkistan: Ortaq tarixə əsaslanan ikitərəfli əlaqələr yeni istiqamətlərlə zənginləşir

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Fuad Muradov Vaşinqtonda Azərbaycan icmasının üzvləri ilə görüşüb VİDEO

Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır

Tramp: Kanada ABŞ ştatı olmadan digər ştatlar kimi üstünlüklərdən faydalanmaq istəyir

Azərbaycan–Özbəkistan müttəfiqliyi Avrasiyada yeni əməkdaşlıq arxitekturasının mühüm dayaqlarından birinə çevrilməkdədir - ŞƏRH

Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Kamçatkada Tolbaçik vulkanı yaxınlığında qalan turistlərin təxliyəsinə başlanılıb

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Malazgirt döyüşünün 955-ci ildönümü qeyd olunacaq

Yaponiyada baş verən zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb-YENİLƏNİB

Qazaxıstanda Qurultaya seçkilər başlayıb

Möhsün Rezayi: ABŞ-nin siyasəti dünyada nüvə qeyri-sabitliyi yaradıb

Sankt-Peterburqda anbarda baş verən yanğın 60 min kvadratmetr sahəni əhatə edib

Moskvaya doğru uçan 6 PUA zərərsizləşdirilib

Kamçatkada çətin vəziyyətdə qalan 100-dən çox turist təxliyə olunacaq

Florida ştatında çimərlik yaxınlığında təyyarə suya düşüb

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb

Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB

Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb

Bu saata olan əsas xəbərlər

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO