Bu gündən Özbəkistanın paytaxtında Rusiyanın “Sputnik V” vaksininin istifadəsinə başlanıb
Daşkənd, 28 aprel, АZƏRTAC
Aprelin 28-dən Daşkənddə Rusiyanın “Sputnik V” vaksininin istifadəsinə başlanıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu vaksinlə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunur.
Dünəndən isə Daşkəndin orta məktəblərində və uşaq bağçalarında müəllim və tərbiyəçilərin vaksinasiyasına başlanıb.
Məlumatda bildirilir ki, artıq Rusiyadan 50 min doza “Sputnik V” vaksini gətirilib. Ümumiyyətlə Rusiyadan 1 milyon doza vaksin alınacaq. Dünən isə Çindən Özbəkistanın da həmmüəllifi olduğu 1 milyon doza “ZF-UZ-VAС2001” vaksini ölkəyə gətirilib.
Xatırladırıq ki, hazırda Özbəkistanda “ZF-UZ-VAС2001” və “AstraZeneca” vaksinlərindən də istifadə olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]