Bu il Niderlandın Ukraynaya ayıracağı yardım 3 milyard avronu ötməyəcək
Bakı, 6 mart, AZƏRTAC
Niderland Parlamentinin Kiyevə əlavə vəsait ayırmaq qərarına baxmayaraq, Amsterdam 2026-cı ildə Ukraynaya planlaşdırılan 3 milyard avroluq hərbi yardımı artırmayacaq.
AZƏRTAC xəbər verir ki, Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius bu barədə parlament müzakirələri zamanı deyib.
“Niderland Ukraynanın istədiyi bütün dəstəyi təkbaşına təmin edə bilməz”, - deyə o, Müdafiə Nazirliyinin büdcəsi ilə bağlı dinləmələrdə bildirib.
Nazirin sözlərinə görə, Niderland hökuməti cari ildə Kiyevə yardım üçün artıq 2,6 milyard avro büdcə ayırıb və yaxın gələcəkdə bu dəstək 3 milyard avroya çatacaq.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Niderland parlamenti Ukraynaya əlavə 2 milyard avro hərbi yardımın ayrılması barədə qərar qəbul edib. Buna baxmayaraq Müdafiə və Xarici İşlər nazirliklərinin büdcələrindəki istifadə olunmamış vəsaitlərdən yalnız 700 milyon avro yığmaq mümkün olub. Beləliklə, parlament qərarının həyata keçirilməsi üçün lazım olan daha 1,3 milyard avro maliyyələşdirilməmiş qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]