İQTİSADİYYAT
Bu ilin 3 ayında elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə artıb
Bakı, 23 aprel, AZƏRTAC
2017-ci ilin yanvar-mart aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 35,4 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,9 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 74,9 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 5,8 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 67,3 faiz artıb.